Ramazanda pis ağız qoxusundan necə xilas olmalı?
Bizi izləyin

Tabloid.az

Ramazanda pis ağız qoxusundan necə xilas olmalı?

Ağız qoxusunu aradan qaldırmaq üçün fərqli üsullar sınanılsa da, bu problemin tamamilə aradan qaldırılması mümkün olmayıb. Halbuki ağız qoxusundan xilas olmaq çətin deyil. Aşağıda sadalananları yerinə yetirsəniz, nəfəsiniz hər zaman təravətli və xoş olaca

Ağız qoxusunu aradan qaldırmaq üçün fərqli üsullar sınanılsa da, bu problemin tamamilə aradan qaldırılması mümkün olmayıb. Halbuki ağız qoxusundan xilas olmaq çətin deyil. Aşağıda sadalananları yerinə yetirsəniz, nəfəsiniz hər zaman təravətli və xoş olacaq. Üstəlik, bu qidalar dişlərin çürüməsinə də maneə törədir. Tabloid.az Ramazan ayında ağız qoxusunun qarşısını almağa kömək edən üsulları təqdim edir:

Kərəviz: Kərəviz dişləri iki yolla qoruyur. Kərəviz çeynəmə tələb edən bir yeməkdir. Bu tüpürcək ifraz etməyi təmin edir, bu da çürüklərə səbəb olan bakteriyaları təsirsiz hala salır. Bundan başqa, lifli ya da sərt tərkibli təbii yeməklər diş ətlərini masaj edərək diş aralarını təmizləyir.

Pendir: Pendir dişlər üçün çox faydalı qida hesab olunur. İlk olaraq ağızın PH tarazlığını nizamlamağa köməkçi olur. Eyni zamanda, çürüklərə qarşı qoruyub, yeni çürüklərin meydana gəlməsinə mane olur. Xüsusilə, şəkərli qidalardan sonra yeyilən bir parça pendir, şəkərin dişləri çürütmə təsirini aradan qaldırma baxımından son dərəcə əhəmiyyətlidir.

Yaşıl çay: Yaşıl çayda olan maddələr ağızdakı bakteriyaların yox olmasına köməkçi olur, eyni zamanda, xərçəngə qarşı təsirlidir. Bu səbəbdən ağız boşluğundakı xərçəngə qarşı təsirli bir maddədir. Bu maddə pis ağız qoxusuna səbəb olan bakteriyaları da ağızdan uzaqlaşdırmağa köməkçi olur.

Balıq: Balığın tərkibindəki fosfor, sümük və dişin təməl maddələrindən biridir. Fosfor dişləri sərtləşdirən maddədir. Bu səbəbdən daha sağlam dişlər üçün həftədə bir dəfə balıq yemək tövsiyə olunur.

Kivi: Vitamin C əskikliyi diş ətlərini həssaslaşdıra bilər, bakteriyalara qarşı orqanizmin müqavimətini zəiflədə bilər. Bu halla qarşılamamaq üçün kifayət qədər C vitamini qəbul etmək lazımdır. Bunun üçün kivini seçə bilərsiniz, çünki kivinin tərkibində digər meyvələrlə müqayisədə daha çox C vitamini var.

Alma: Almanın qabıqlı yeyilməsi bir tərəfdən dişlərin qüvvətləndirir, digər tərəfdən, içərisindəki maddələrlə dişləri təmizləyir. Alma, kök kimi meyvələri dişləyərək yeyilməsi tövsiyə edilir.

Çiyələk: Çiyələk dişlərə və diş ətlərinə yaxşı təsir edir. Eyni zamanda, diş daşlarından təbii üsulla xilas olma özəlliyini daşıyır. İçində olan müxtəlif turşular diş diblərində yığılan daşları əridir. Diş daşlarının meydana gəlməsinə mane olar.

Meyvə qurusu: Meyvə quruları dişi örtərək bakteriyalara qarşı qoruyucu bir təbəqə meydana gətirən təbii yağlardan ibarətdir. Bu yağlar diş minasının güclənməsinə köməkçi olaraq çürümələrə qarşı daha dayanıqlı olmasını təmin edir.

Qatıq: Kalsium baxımından zəngin olan qatığın dişlərə olan faydaları saymaqla bitmir. Kalsium dişin emalının ovulmasının qarşısını almağa kömək edir. Əgər siz də diş sağlamlığınızı düşünürsünüzsə, kalsium anbarı olan yeməklərə üstünlük verin.

Cəfəri: Ağız qoxusuna səbəb olan yeməkləri istehlak etdikdən sonra bir az cəfəri çeynəmək xoş bir ağız qoxusuna sahib olmağa köməkçi olur. Bunun sayəsində isə pis ağız qoxusu cəfəri sayəsində xoş bir qoxuya çevrilir.

Dilinizi fırçalayın: Ağız gigiyenasını qorumaq üçün dişlərlə yanaşı, mütləq dil təmizliyinə də riayət etmək lazımdır. Dilin üzərində, xüsusilə, dil kürəyinin arxa bölgələrində ibarət olan bakteriyalar ağız qoxusuna səbəb ola bilir. Bu bakteriyaların xüsusi olaraq hazırlanmış dil fırçaları ilə, ya da bəzi diş fırçalarının arxasında olan xüsusi dil təmizləmə aparatları ilə təmizlənməsi lazımdır...

Çoxlu su için: Su istehlakı, bütün sağlamlığımız üçün əhəmiyyətli olduğu qədər ağız qoxusunu aradan qaldırmaqda da təsirli bir rol oynayır. Böyrək problemi olanlar istisna olmaqla, gündə 2,5-3 litr su içmək tüpürcək ifrazatının artmasını təmin edərək, ağız qoxusunu önləməyə köməkçi olur...

Yeməklərə darçın səpin: Darçın, ağız içi bakteriyalarla mübarizədə əhəmiyyətli silah kimi göstərilir. Darçını içkilərə, çaya və şirniyyatların tərkibinə əlavə edin.

Yatmazdan əvvəl qarqara edin: Yemək və içməklə əlaqədar bütün fəaliyyətləri bitirdikdən və yatmazdan qabaq dişləri mütləq fırçalamaq lazımdır. Fırçalama xaricində, spirtsiz ağız qarqaralarını istifadə etmək də qoxunun qarşısını almağı təmin edir.

Siqaretdən uzaq olun: Siqaret çəkmək ağız quruluğuna səbəb olduğu üçün ağız qoxusuna və diş əti xəstəliklərinə zəmin hazırlayır.

Stress də ağız quruluğuna gətirib çıxardığı üçün, pis qoxunun meydana gəlmə səbəblərindən sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm