• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Soyuq duşun inanılmaz faydaları

Soyuq duşun inanılmaz faydaları

İrlandiyalı alimlərin apardığı araşdırmada məlum olub ki, soyuq duş qəbulu insan çəkisini aşağı salır. Onlar bildiriblər ki, soyuq su ilə təmasda olarkən dərinin səthindəki dərialtı damarlarda qan dövranı güclənir və təzyiq qalxır. Bunun hesabına metabolizm prosesi güclənir və orqanizm əlavə kaloriləri yandırmağa başlayır. Damarların bu cür məşqi fiziki təzyiq zamanı köməkçi olur. Soyuq duş qəbulu ilə idman məşqlərini uyğunlaşdırmaq arıqlamaq istəyənlərə müsbət nəticə verir. Amma soyuq duş almazdan əvvəl bədən tərli və ya məşqlərdən qızışmış olmamalıdır.

Soyuq duş qəbul edən zaman bədən isinmək üçün daha çox yağ yandırır və nəticədə artıq çəkilər əriməyə başlayır. Lakin bu üsuldan istifadə etməzdən öncə bədəni buna hazırlamaq lazımdır. Çünki hazırlıqsız olduqda pnevmoniya və ya bronxit xəstəliyinə tutulmaq mümkündür. İlk dəfələr bədən 1-2 dəqiqəliyinə soyuq su ilə yaxalanmalıdır. Gün keçdikcə soyuq duş prosedurunun müddətini uzatmaq olar.

Soyuq suyun faydaları

Soyuq duş qəbulunun əvvəlində yüngül narahatçılıq hissi yaşaya bilərsiniz, lakin sonradan soyuq duşdan ləzzət alacaqsınız. Arıqlamaq effektini gücləndirmək üçün sellülit olan nahiyələri cod süngər ilə sürtmək faydalıdır. Duşdan sonra isə sellülit əleyhinə kremlərdən istifadə edin. Soyuq duşu hər kəs istifadə edə bilməz. Belə ki, tromboflebit, onkoloji, qan xəstəlikləri, təzyiq və aybaşı olduğunuz zaman soyuq duş qəbulu qadağandır. Soyuq duşdan sonra iştaha açılır, lakin qida qəbulu məsləhətli deyil. Duşdan sonra ən yaxşısı şirə, qatıq və ya meyvə yeməkdir.

Soyuq duş depressiyaya qarşı təsirlidir. Depressiya simptomlarını zəiflədir. Depressiyada olarkən soyuq suyun altında duranda insan özünüzü yaxşı hiss edir.

Soyuq su saçların və dərinin parıldamasına kömək edir.

Soyuq su ilə duş alan kişilərdə testosteronun səviyyəsi yüksəlir. Belə ki, soyuq su spermanın keyfiyyətini yüksəldir. Uşaq sahibi olmaq istəyən kişilərin soyuq su ilə duş qəbul etməsi məsləhət görülür.

Yuxu problemindən əziyyət çəkənlər də soyuq duşla yuxusuzluqdan xilas ola bilərlər. Çünki soyuq suyun yaratdığı şok effekti bədəni rahatladır və rahat yuxuya getməyi təmin edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR