• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hər gün eyni makiyajı etməkdən sıxılanlar oxusun!

Hər gün eyni makiyajı etməkdən sıxılanlar oxusun!

Rihannanın moda ikonası olduğunu hamımız bilirk. Seksual müğənninin makiyaj stili ən az geyim tərzi qədər diqqət çəkir.

Hər gün eyni makiyajı etməkdən sıxılanların ilham almaları üçün Rihannanın ən diqqət çəkən makiyajlarını seçdik:

Çəhrayı dodaq boyası:

Rihanna çəhrayı dodaq boyalarını çox sevir. Xüsusilə də solğun çəhrayılar Rihannanın favoritləri arasındadır. Müğənni çəhrayı dodaqları ilə rəngli göz makiyajını birləşdirməkdən də çəkinmir. Mavi layneri ilə çəhrayı pomadası ideal görünür.

Qırmızı layner

Rihanna rəngli laynerdən də çox istifadə edir. Pop ulduz hamının cəsarət edə bilməyəcəyi addımı ataraq qırmızı layner çəkib. Beləliklə, gözlərinin rəngini ön plana çıxarıb.

"Zaqar" makiyaj

Barbadoslu gözəl dərisinə yaraşan "zaqar" rəngli makiyaja da tez-tez müraciət edir.

Klassik makiyaj

Rihanna bəzən də qara layner və qırmızı dodaq boyası çəkir. Bu klassik obrazı ilə bizi təəccübləndirməyi bacarır. Bu makiyaj həm şıq paltarlar, həm də gündəlik geyimlər üçün uyğundur.

Pişik gözü makiyajı

Rihanna “pişik gözü” makiyajını da çox sevir. Bu makiyaj həqiqətən də gözəl ulduza çox yaraşır.

Göy rəngli tuş

Rihanna klassik qara tuşla yanaşı, rəngli tuşlardan istifadə etməyə də önəm verir. Mavi göz makiyajını çox sevən müğənnini göy rəngli tuşla tez-tez görə bilərik.

Tünd qırmızı dodaq boyası

Rihanna saçını qırmızıya boyadığı vaxtlar dodaqlarına da tünd qırmızı rəngli dodaq boyaları çəkirdi. Qırmızı rəngli saçlara sahib olan xanımlar bu makiyajdan ilham ala bilərlər.

Yaşıl göz makiyajı

Rihannanın gözlərini ön plana çəkən yaşıl göz makiyajı müğənnini olduqca seksual göstərir. Bu göz makiyajını ulduzun da etdiyi kimi bej rəng dodaq boyaları ilə tamamlamaq lazımdır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR