Yayın ən trend 6 eynək modeli - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın ən trend 6 eynək modeli - FOTOLAR

Yay aylarının ən önəmli aksessuarının eynək olduğunu unutmaq olmaz. Eynəkləri həm göz sağlamlığını qorumaq, həm göz ətrafı qırışların yaranmaması məqsədilə, həm də tərzi tamamlamaq üçün istifadə edirik. 2014-cü ilin eynək dəbi çox iddialı və fərqli günəş

Yay aylarının ən önəmli aksessuarının eynək olduğunu unutmaq olmaz. Eynəkləri həm göz sağlamlığını qorumaq, həm göz ətrafı qırışların yaranmaması məqsədilə, həm də tərzi tamamlamaq üçün istifadə edirik. 2014-cü ilin eynək dəbi çox iddialı və fərqli günəş eynəkləri ilə qarşımıza çıxır. Tabloid.az yayın eynək dəbinin təhlilini təqdim edir:

Rəngarəng çərçivələr, gül motivlər, heyvan təsvirləri ilə bəzədilən eynəklər yaya damğasını vurur.

Yumru çərçivələr: Keçən ildən dəbə minən yumru çərçivələr bu mövsüm də çox dəbdədir. Rəngli çərçivələr ilə diqqət çəkən tərz yaratmaq mümkündür.

Yuvarlak Çerçeveli Gözlükler

Pişik gözlü eynəklər: Kəskin baxışlara sahib olmaq istəyən xanımlar üçün ideal seçim ola bilər. Retro tərzi olan pişik gözlü eynəklər sizi 1950-ci illərə səyahətə aparacaq.

Kedi Gözlükler

Klip-on eynəklər: Klipsi eynəklər həm günəş, həm də tibbi eynəklərin birlikdə istifadə edilən modelləridir. Bu il iki çərçivəli qalın klip-on eynəkləri çox aktualdır.

Clip - on Gözlükler

Aynalı eynəklər: Aynalı eynəklərə keçən olduğu kimi 2014-cü ilin yay mövsümünün dəfilələrində də rast gəldik. Rəngli şüşələri isə qadınların diqqətini çəkir.

Aynalı Cam Gözlükler

Pilot eynəkləri: Pilot eynəkləri artıq klassikləşmiş modellərdir. Klassikaya çevrilən hər bir detal isə dəbdən düşmür. Eynək kolleksiyanıza pilot modelləri də daxil edin.

Aviator - Pilot Gözlükleri

Ağ çərçivəli eynəklər: Bu mövsüm bej tonlarında çərçivəyə alınmış eynəklər də özünə yer edə bilib.

Beyaz Çerçeveli Gözlükler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm