Dünyanı ağladan dəhşətli toy - VİDEO
Bizi izləyin

Tabloid.az

Dünyanı ağladan dəhşətli toy - VİDEO

Dünyanın ən faciəli toyu - VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən Rouden toyundan 10 saat sonra vəfat edib. Ölüm ayağında evlənən Rouden Qo və onun sevgilisi Lizlin toy çəkilişləri sosial şəbəkədə marağa səbəb olub.

Dünyanın ən faciəli toyları siyahısına daxil olan bu videoçarxa YouTube-da 4 milyon dəfədən çox baxılıb. Sakit toy mərasimi Filippinin paytaxtı Manilanın xəstəxanalarının birində baş tutub. Səhəri gün isə Rouden dünyasını dəyişib. Toyda iştirak edən qohumlar və dostlar göz yaşlarına hakim ola bilməyiblər. Toyda, həmçinin cütlüyün iki yaşlı qızları da iştirak edib.

Toy mərasimi 8 iyula planlaşdırılsa da, may ayında Roudendə dördüncü dərəcəli xərçəng aşkar edildiyinə görə, təxirə salınmışdı. Toy gününün vaxtı Roudenin getdikcə sürətlə pisləşən səhhətinə görə dəyişdirildi. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, toy çəkilişinin videosunu internetə mərhumun qardaşı yerləşdirib. O, videoçarxa tək baxmaq istəsə də, göz yaşlarını tuta bilmədiyinə görə, bu videonu bütün dünyaya göstərməyi qərara aldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm