Sərdar Ortaça şok sözlər “Ölüb getsəydin, canımız qurtarardı”
Bizi izləyin

Tabloid.az

Sərdar Ortaça şok sözlər “Ölüb getsəydin, canımız qurtarardı”

“Uşağı yaşında olan qızla evlənəndə bir çox insanın qarğışını qazandı”

“MS” (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulan türkiyəli müğənni Sərdar Ortaç xəstələndiyini açıqladıqdan sonra Ahmet Kaya fanatları “Twitter”də ona saysız-hesabsız şərhlər yazıblar.

Xəstəliyi ilə əlaqədar "Twitter" hesabına göndərilən bütün şərhləri paylaşan Ortaçı xəstəliyindən çox, onun ölməsini istəyənlərin açıqca bunu ifadə etmələri kədərləndirir.

İfaçıya gələn həmin ismarıcları təqdim edirik:

“Pis adama heç nə olmaz”

“İlahi ədalətmi deyək? Hamı öləcək, bəziləri isə günahları ilə birlikdə, sürünərək öləcək”

“Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Kaş sən də görəydin bu günləri, Ahmet Kaya”

“Sərdar Ortaç MS xəstəsi imiş. Uşağı yaşında olan qızla evlənəndə bir çox insanın qarğışını qazandı”

“Sevinmədim, amma pis də olmadım”

“Öləndə xəbər eləyin, bayram edəcəyik”.

“Ölüb getsəydin, canımız qurtarardı”

“Sənə nifrət edirəm. Öl!”

Qeyd edək ki, Sərdar Ortaça belə nifrət dolu mesajların gəlməsinə səbəb illər öncə olmuş hadisədir. Belə ki, Sərdar Ortaçın Türkiyədə kürd məsələsi müzakirə olunduğu bir vaxtda mükafat mərasimində Ahmet Kayaya çəngəl atdığı iddia olunur. Müğənni bu iddiaları yalanlayıb, hətta etmədiyi bir şeyə görə dəfələrlə üzr istəyib. Amma Ahmet Kaya fanatlarının hirsi soyumur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm