Tabloid.az
Yayın ekzotik dəb nümunələri - FOTOLAR
Moda və sənət hər keçən gün bir-birinə daha da yaxınlaşır. Modelyerlər yeni kolleksiyalarını müxtəlif sənətlərdən ilham alaraq yaradırlar. Buraya tropik iqlim təsvirləri də daxildir. 80 və 90-cı illərdə aktual olan tropik təsvirlər bu yayın önə çıxan trendləri arasında özünəməxsus yer tutub. Tropik bitkilər, palmalar, ananas, banan və başqa tropik meyvələr, ekzotik quşlar bu yay dəbinin ən maraqlı mövzuları arasındadır. Bu tərz geyimlər vitrində çox xaotik görünsə və fikirlərimizi qarışddırsa da, əyində gözəl qalır. Tətil günlərində ən çox geyinilən geyimlər arasında tropik təsvirlər olanlar daha çoxdur. Yayın isti təbiəti geyimlər üzərinə köçürülür və nəticədə ehtiraslı obraz yaranır. Dəb dizaynerləri artıq bir neçə ildir ki, üzərində tropik təsvirlər olan bir-birindən maraqlı geyimlər satışa buraxırlar. Qarışıq təsvirlər çox olduğu üçün onu uyğunlaşdırmaq çətinlik yarada bilər. Bu zaman sadə modellərə və tək rəng yönələ bilərsiniz.
Qarışıq yarpaq təsvirləri, palma ağacları, ananas, alov kimi qırmızı rəng özü ilə tropik iqlimin havasını gətirir. Bu cür geyimlər həm də ilin bütün yorğunluğunu atıb, sizi sanki təbiət qoynunda səyahətə aparır. Xüsusən də tətil günlərində tropik təsvirli geyimlərdə gəzmək zövq verir.
Tropik iqlim təsvirlərinə tanketka ayaqqabı, çanta, saç bantları, şərflər, şalvarlar və donların üzərində rast gələ bilərik. Xüsusən də “Dolce Gabbana” nın kolleksiyasında fərqli versiyaları görə bilərsiniz. Geyimlərdə yerli xalqa məxsus olan fiqurları görmək mümkündür. “Hermes” palma ağaclarına, “Moschino Cheap Chic” isə kolleksiyada ananaslara ağırlıq verib. Amma tropik iqlim təsvirlərinin əvəzolunmaz şəkilləri tutuquşularıdır. “Paul Joe”, “Marni”, “Rupert Sanderson” kimi bir çox markalar kolleksiyasında insanı cəzb edən tutuquşular var. Xüsusən də “Rupert Sanderson” tərəfindən tutuquşu motivlərinin işləndiyi ayaqqabılar çox mükəmməldir. Bu ayaqqabılarla tərzinizə uyğun geyimi tamamlamaq üçün əla seçimdir. Bu tərzə rəngli aksessuarlar əlavə etməyi yaddan çıxartmayın. Adi görünmək istəmirsinizsə, müxtəlif şəkilli geyimləri qarışdırmaqdan qorxmayın.
Tabloid.az tropik təsvirlərə məruz qalan geyim nümunələrini təqdim edir:
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...