Dərini gəncləşdirən tərəvəz
Bizi izləyin

Tabloid.az

Dərini gəncləşdirən tərəvəz

Bu tərəvəz mineral və vitaminlərlə zəngindir. Xərçəngin və mədə xorasının bir nömrəli düşmənidir. İltihab əleyhinə işlədilir. Bu tərəvəz ürək və sümüklərin əsl həkimidir. Tərkibindəki kalium və natrium ilə ürəyə kömək göstərən brokkoli, fosfor və kalsiuml

Bu tərəvəz mineral və vitaminlərlə zəngindir. Xərçəngin və mədə xorasının bir nömrəli düşmənidir. İltihab əleyhinə işlədilir. Bu tərəvəz ürək və sümüklərin əsl həkimidir. Tərkibindəki kalium və natrium ilə ürəyə kömək göstərən brokkoli, fosfor və kalsiumla sümüklərin qeydinə qalır. Lif qaynağıdır, iltihab sökücüdür, D vitamini və zülalla zəngindir, gözlərə faydalıdır, həmçinin dərini gəncləşdirmək özəlliyinə sahibdir. Bundan başqa, əzələ ağrılarını azaldır.

C və A vitamini, fol turşusu, kalsium və lif tərkiblidir. Təxminən bir stəkan südə bərabər kalsium tərkibi olan brokkoli süd məhsulları içməyənlərə üçün əhəmiyyətli qidadır. Vacib olan antioksidant qaynağıdır. Ürək xəstəlikləri və xərçəng kimi əhəmiyyətli xəstəliklərə qarşı təsirlidir.

Tərkibindəki kalium sinir sisteminə müsbət təsirə göstərir. Eyni zamanda, beyin funksiyaları və əzələ sistemi üzərində də əhəmiyyətli təsirə malikdir. Brokkolini tərkibindəki kalium, kalsium və maqnezium qan təzyiqini tənzimləməyə dəstək olur.

C vitamini soyuqdəyməni yüngülləşdirən təsirə malik olduğuna görə brokkolini soyuqdəymə zamanı istifadə etməyiniz faydalıdır. Osteoporozun (sümük əriməsi) qarşısının alınması və sümük sağlamlığı üçün brokkoli əhəmiyyətli bir mənbədir. Həm kalsium, həm də K vitamininin təsiri ilə sümüklərin güclənməsini təmin edir. Brokkoli beta karoten baxımından zəngindir və bu da immunitet sistemində əhəmiyyətli təsirə malikdir. Sink, selenium kimi minerallar immunitet sistemini gücləndirməyə kömək edir.

Sözügedən tərəvəz mədə xərçəngindən sinə xərçənginə qədər bir çox sahədə sizi kömək edə bilər. Brokkolini buxarda bişirsəniz, qanda xolesterolun səviyyəsini aşağı salmaq baxımından köməyinizə gələ bilər. Bədəninizdə D vitamini çatışmazlığı varsa, brokoli bu problemi həll etməyə dəstək olacaq. Kalorisi olduqca aşağı olan brokkolini pəhriz saxlayanlar rahatlıqla istifadə edə bilərlər. Qaynadılmış və ya buxarda bişirilərək yediyiniz brokkolini doyana qədər yeyə bilərsiniz.

Göz sağlamlığınız üçün də brokkoli istifadə edin. Brokkoli ürək xəstəlikləri ilə də mübarizə aparır. Tərkibindəki B 6 vitamini və fol turşusu ilə infarkt riskini azaldır. Brokkoli lif baxımından zəngin bir qidadır, qəbizlik və digər həzm sistemi problemlərinin öhdəsindən gəlməkdə faydalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm