Ana südünün üstünlükləri və cəmiyyətə xeyri
Bizi izləyin

Tabloid.az

Ana südünün üstünlükləri və cəmiyyətə xeyri

Uşağın düzgün və rasional qidalanması onun fiziki inkişafı üçün vacibdir. Körpənin həyatının ilk illərində inkişaf sürətlə getdiyi üçün onun qidasına ciddi fikir verilməlidir.

Uşağın düzgün və rasional qidalanması onun fiziki inkişafı üçün vacibdir. Körpənin həyatının ilk illərində inkişaf sürətlə getdiyi üçün onun qidasına ciddi fikir verilməlidir. Uşağın 1 yaşı tamam olana kimi ona mütəmadi həkim nəzarəti də vacibdir.

Yaxşı olar ki, qida rasionunda daha çox uşaq böyüməsinə təsir göstərən qidalar olsun. Xüsusən, yağ, vitamin, zülal tərkibli qidalar fiziki inkişafa dəstək olur.

Qidalanma rejimi sağlam körpə həyatının ilk 3-4 ayında gündüz üç saat, gecə isə altı saatlıq fasiləni nəzərə alaraq, gündə 7 dəfə, 4-5 ayından başlayaraq, sutkada beş dəfə, 9 ayından sonra isə dörd dəfə olmalıdır. Körpə narahat olduqda, qida ilə yanaşı verilən kəmşirin su yaxşı təsir göstərir.

İlk 6 ayda suya ehtiyac duymayan körpələrə verilən süddə olan zülal, minerallar və vitaminlər su, oksigen ehtiyacını da ödəyir.

Qidalanma zamanı hər hansı narahatlıq olduqda isə mütləq həkimə müraciət olunmalıdır.

Daha çox 1 yaşına qədər həkim nəzarətində olan uşaqların xəstəliyinin olub olmadığı araşdırılmalı və müxtəlif xəstəliklərə qarşı qoruyucu peyvəndlər tətbiq edilməlidir.

Amerika Pediatriya Akademiyasının (PAA) məlumatına görə, müasir laboratoriya texnologiyaları sayəsində süd vermənin anaya, uşağa, ailəyə və cəmiyyətə böyük müsbət təsiri olduğu müəyyənləşib.

Ümumdünya Səhiyyə Təşkilatı ana və uşaq sağlamlığı üçün süd vermənin yeni doğulandan 6 ayına kimi və əlavə qidalar verməklə 2 il və daha çox olmasını tövsiyə edir.

Ana südü vermənin üstünlüyü:

Balanslaşdırılmış fiziki və əqli inkişafı təmin edir;

Uşağı mikrob, virus və göbələk infeksiyalarından müdafiə edir;

Asan sorulur;

Temperaturu həmişə optimaldır;

Yenidoğulmuşlarda nekrotik enterokolit və patinopatiyaların əmələgəlmə riskini azaldır;

I və II şəkərli diabet xəstəlik riskini azaldır, xüsusilə, 6 aydan artıq uşağa ana südü verdikdə;

Hiperxolerterinemiya və piylənmə riskini azaldır;

İştahsızlığın qarşısını alır;

Dəmir defisitli anemiya riskini azaldır;

Qəfləti ölüm riskini aşağı salır;

Ən azı 4 ay ana südü qəbul edən şəxslərdə allergiya və bronxial astma riskini azaldır;

Əzələlərin, dişin və nitqin inkişafına kömək edir;

Beynin inkişafına müsbət təsir edir;

Döşlə əmizdirmə ana və uşaq arasında bağlılıq əmələ gətirir ki, bu da gələcək münasibətlərə öz təsirini göstərir.

Döşlə əmizdirmənin anaya faydası:

Uşaqlığın yığılması prosesini sürətlənir və doğuşdan sonrakı qanaxmaların qarşısını alır;

Süd vəzi və yumurtalıq şişlərinin və osteoporozun qarşısını alır;

Hamiləlik zamanı alınan artıq çəkini azaldır;

Südvermə dövründə kontraseptiv (98 %) təsir göstərir;

İnsulinə tələbatı azaldır;

Endometriozun qarşısını alır;

Münasibdir - hazırlanma tələb etmir və uşaq qucaqda portativ yerləşir;

Əsas rolu isə qadını özünü qadın kimi hiss etməsini aşılamaq oynayır;

Maddi cəhətdən də ekonomikdir.

Cəmiyyətə xeyri:

Quru süd əvəzedicilərə əlavə xərcin çıxmaması;

Tez-tez xəstələnmələrdə müalicəyə ehtiyacın və nəticədə əlavə xərcin olmaması;

Müsbət ekonomik və effektlidir;

Sağlam əhali.

Süni qidaların mənfi cəhətləri

Tez-tez xəstələnmə halları müşahidə olunur;

Süni qidalar qarşı əksər uşaqlarda allergiya olur;

Hazırlanmasına əlavə vaxt və zəhmət tələb olunur;

Piylənmə meyilliliyi yaradır;

Anemiya və raxitin meydana gəlmə riskini artırır;

Diabetin meydana gəlmə riskini artırır ;

İnfeksiyaya yoluxma ehtimalının olması;

Dişlərin əmələ gəlməsində problemlərin meydana gəlməsi (əmzikdən istifadə etdiyinə görə);

Ailə büdcəsinə ziyan verməsi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm