• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Maykl Ceksonun gizli sevgililəri - YENİ FAKTLAR

Maykl Ceksonun gizli sevgililəri - YENİ FAKTLAR

Ölümündən sonra da qalmaqalları bitməyən pop ulduz haqqında yeni faktlar ortaya çıxıb. Belə ki, son günlərində də yanında olan cangüdənləri Bill Uitfild və Cavon Bierd onun haqqında kitab yazıblar.

Gizli sevgililəri vardı

Maykl Ceksonun əsl adlarını heç vaxt tələffüz edə bilmədiyi iki sevgilisi var imiş. Maykl onları “Dost” və “Çiçək” adlandırırdı. Cangüdənləri Bill və Cavon müğəninin sevgililəri ilə Virciniyada tanış olduğunu yazıblar.

Ləqəbləri sevirdi

Cekson uşaqlarını yalnız evdə olanda əsl adları ilə çağırırdı. Kənarda isə onları paparazilərdən qorumaq üçün ləqəbləri ilə çağırırmış. Ailəsinə qarşı həddindən artıq mühafizəkar davranan müğənni, qızı Parisə “Prens”, oğlu Prinsə isə “Blanket” deyirdi. Müğənninin hazırda 12, 16 və 17 yaşında olan uşaqlarının illik xərcliyi səkkiz milyon dollardır.

Ailəsi ilə münasibəti yaxşı deyildi

Maykl uşaqlarına bağlı idi, amma ailəsi ilə məsafəli davranırdı. Xüsusilə də, 2007-ci ildə Bəhreyn və İrlandiyaya səyahətlərindən sonra bu münasibətlər daha da soyuyur. Hətta bəzən qonaq gələn qohumlarını qapıdan qaytaran Maykl, bircə anası Katerinə qarşı kövrək ürəkliydi.

Əslində, paranoyya deyildi

Əgər bir otel otağına və ya konfrans zalına girəcəkdisə, otağa girməzdən əvvəl cangüdənlər orada kamera, yaxud hər hansı qeyd cihazının olub- olmadığını diqqətlə yoxlayırdılar. Nədənsə şübhələnsəydi, otağını dərhal dəyişirdi. Mindiyi limuzindəki qeyd cihazlarını mütləq yoxlatdırırdı. Əslində, onun bu davranışları heç də paranoyya deyildi. 2003-cü ildə vəkiliylə bir söhbəti yayılan Cekson bu mövzuda son dərəcə diqqətli olmaq istəyirdi.

100 min dollarlıq kitab alan Cekson

Maykl Cekson, belə demək mümkünsə, kitab qurdu idi. Tarixi, elmi kitablar, ümumiyyətlə, əlinə nə keçsə, oxuyurdu. Bir dəfə Los-Ancelesdə kitab mağazalarından birində bəyəndiyi kolleksiyaya görə 100 min dollar nəğd ödəyibmiş. Bir dəfə də kitab mağazasına girən müğənni, kitabları saqqız alırmış kimi yığıb və beş min dollar ödəyərək gedib. Cangüdənlərinin yazdığına görə, bütün bunlar onun üçün adi hal idi.

Dostcanlı

Məşhur amerikalı futbolçu Oj Simpson arvadını öldürməklə təqsirləndirilib, ardınca bəraət alanda mediadan qaçmaq üçün Ceksonun Neverland adlı malikanəsində qalırdı. Maykl çətin vəziyyətə düşən dostlarına həmişə kömək edirdi.

İnternetdən uzaq

Maykl Cekson axır vaxtlar mediadan çox qaçırdı. Müsahibə vermirdi, televiziyaya çıxmırdı. Hətta kompüteri də yox idi və internetdən nəsə axtarmaq lazım olanda bunu onun üçün başqası edirdi.

Uşaqlarını özündən qoruyurdu

Əgər səyahətə uşaqları ilə gedirdisə, onun haqqında xəbər yayımlaya biləcək bütün informasiya vasitələrini yığışdırırdı. Uşaqları onun haqqında heç bir xəbəri oxumamalı, görməməli idilər. Oxuduğu yeganə qəzet “The Wall Street Journal” idi. Çünki digər qəzet və jurnllarda özü haqqında səfeh xəbərləri görmək istəmirdi.

Sevdiyi idman növü

Onun ən çox sevdiyi idman basketbol idi. Dostları ilə basketbol oynamağı məşhur amerikalı müğənni Marvin Geyin evində öyrənmişdi.

Ölənə qədər qaçaqaçda

Uşaqları zorlaması ilə bağlı iddialar yayılanda Maykl həyatının ən çətin vaxtlarını yaşayırdı. 2003-cü ildə polislər müğənninin malikanəsinə gəlir və axtarış aparmaq üçün sənəd təqdim edirlər. O gündən sonra Maykl və uşaqları bir də o evdə yaşamır. Onun evi etibarlı bir yer olmalıydı. Ona görə də ölənə qədər kirayə evlər və otellərdə yaşadı.

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR