Kəsmiyin dəri üçün möcüzəli faydaları
Bizi izləyin

Tabloid.az

Kəsmiyin dəri üçün möcüzəli faydaları

Kəsmik tərkibli maskalar dərini tonusda saxlamağa kömək edən, vaxtından əvvəl qocalmanın qarşısını alan və hətta ləkə problemini aradan götürə bilən təbii kosmetik vasitədir. Bundan əlavə, kəsmik istənilən dəri tipinə uyğundur, istənilən marketdə satılır

Kəsmik tərkibli maskalar dərini tonusda saxlamağa kömək edən, vaxtından əvvəl qocalmanın qarşısını alan və hətta ləkə problemini aradan götürə bilən təbii kosmetik vasitədir. Bundan əlavə, kəsmik istənilən dəri tipinə uyğundur, istənilən marketdə satılır və ev şəraitində ondan maska hazırlamaq çox asandır.

Quru dəri üçün maska

• 1 xörək qaşığı yağlı kəsmiyə 2 xörək qaşığı isti süd əlavə edib üz dərisinə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun.

• Kökü xırda-xırda rəndələyin, üzərinə eyni miqdarda yağlı kəsmik, 2 çay qaşığı zeytun yağı əlavə edib qarışdırın üzünüzə çəkin və 20 dəqiqə sonra isti su ilə yuyun.

Yağlı dəri üçün maska

• 1 xörək qaşığı yağsız kəsmiyi eyni miqdarda doğranmış turşənglə qarışdırın, ora 1 yumurta ağı, 1 çay qaşığı bal və limon şirəsi əlavə edib yenə qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.

• 1 xörək qaşığı kəsmiyi eyni miqdarda doğranmış cəfəri ilə qarışdırın, ora turş süd əlavə edib üzünüzə çəkin, 15 dəqiqə sonra ilıq su ilə yuyun.

Qarışıq dəri üçün maska

• 1 xörək qaşığı kəsmiyi eyni miqdarda duzlu kələmlə qarışdırın və ora bir az qara çörək, 2 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı gülümbahar çiçəyinin məhlulunu əlavə edib qarışdırın, üzünüzə çəkin və 15 dəqiqə sonra soyuq su ilə yuyun.

Hər növ dəri üçün maska

• 1 ədəd bananı əzin, 1 xörək qaşığı əzilmiş banan üzərinə 1 xörək qaşığı kəsmik, 2 xörək qaşığı isti süd əlavə edin, qarışdırın. Maskanı üzünüzə çəkin, 20 dəqiqə saxlayın və isti su ilə yuyun.

Ağardıcı effektə malik digər maskalar:

• 1 xörək qaşığı kəsmik və 1 xörək qaşığı cəfərini ( şirəsi ya da dəmləməsi ) qarışdırın, üzünüzə çəkin və 20 dəqiqə saxlayın. Yağlı dərili xanımlar yaxşı olar ki, kəsmik əvəzinə turş süddən istifadə etsinlər.

• Cəfəri şirəsi əvəzinə cəfəri dəmləməsi də istifadə edə bilərsiniz. Bunun üçün 2 xörək qaşığı doğranmış cəfəri üzərinə 1 stəkan qaynar su tökün. Yarım saat qaynadın, sonra soyudub süzün.

QEYD: Unutmayın, maskalardan kortəbii şəkildə istifadə etmək olmaz! Əvvəlcə dəridə allergiyaya meyilliyini müəyyən edin. Kosmetoloqla məsləhətləşmək daha yaxşı olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm