• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yataqdan parlamentə – böyük siyasətdəki porno aktrisalar - SİYAHI, FOTOLAR

Yataqdan parlamentə – böyük siyasətdəki porno aktrisalar - SİYAHI, FOTOLAR

Elə bilirsiniz, parlamentə seçilib deputat olmaq üçün yalnız savad, bilik və ya hansısa siyasi fəaliyyətlə məşğul olmaq lazımdı? Xeyr, bəzən bunun üçün gözəl, uzun ayaqlara, ideal bədən ölçülərinə, bir sözlə, seksual görünüşə malik olmaq kifayət edir. Necə deyərlər, yataqdan birbaşa böyük siyasətə gələnlər az deyil.

Müxtəlif ölkələrin parlamentlərində təmsil olunmuş porno aktrisaların siyahısını təqdim edir.

Çiçolina

Anna İlona Staller 1951-ci ildə Macarıstanın paytaxtı Budapeştdə doğulub. 1964-cü ildə model agentliyində işləməyə başlayıb. İtalyan vətəndaşı ilə ailə qurduqdan sonra onun vətəninə köçüb və buranın vətəndaşlığını alıb.

Ötən əsrin 70-ci illərində rejissor Rikardo Skikki ilə tanış olub. Tezliklə “Mənimlə yatmaq istəyirsən” adlı porno filmə çəkilib. Film az müddətdə onu populyar edib. Populyar olduqdan sonra özünə Çiçolina ləqəbini götürüb.

1979-cu ildən Çiçolina Yaşıllar partiyasına qoşulur. İtaliyanın siyasi arenasında aktivliyi ilə seçilir. Nüvə silahının yayılmasına, İtaliyanın NATO üzvlüyünə qarşı çıxışlar edir. 1987-ci ildə isə 20 min səs yığaraq Romanın Latsio rayonundan parlamentə deputat seçilir. 1991-ci ildə “Sevgi partiyası” adlı siyasi cərəyanın əsasını qoyur.

İndiyədək də aktiv siyasətlə məşğuldur.

Meri Keri

Meri Ellen Kuk 1980-cı ildə ABŞ-ın Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Qazandığı qəpik-quruşla dolanıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib.

Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarsneqqerə rəqib olur. Təbi ki, Meri “terminatora” uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.

Merilin Çempers

Merilin 1970-ci ildə yuyucu tozun reklamına çəkildikdən sonra bütün Amerikada məşhurlaşdı. Bu vaxtədək onu yalnız porno film həvəskarları tanıyırdı. Zarafat deyil, o, düz 36 porno filmə çəkilib.

Porno ulduzun 50 yaşı tamam olduqda qəfildən siyasətlə məşğul olmağa qərar verib. Müxtəlif partiyalara qoşulandan 2 dəfə ABŞ-ın vitse-prezident postuna namizədliyini irəli sürüb – 2004 və 2008-ci illərdə. Amma seçkilərdə lazım olan səsi yığa bilməyib.

2009-cu ildə 57 yaşının tamam olmasına 10 gün qalmış vəfat edib.

Stormi Deniels

Stefani Qreqori Kllifford – Stormi Deniels adı ilə 150-dən artıq porno filmdə çəkilib, 41 filmin rejissoru olub. Pornoindustriya sahəsində filmlərinə görə 20-dən çox mükafat alıb.

2010-cu ildə ABŞ-ın Luiziana ştatından Senata namizəd olub. Rəqibi, respublikaçılar partiyasından olan Devid Vitterə uduzsa da, özünü əla reklam edə bilib.

Diana Panq

Çinli Diana Panq karyerasına balerina kimi başlayıb. Üç il Pekin balet truppasının üzvü olub. Hətta gözəllik yarışmasına qatılaraq “Miss Çin” müsabiqəsində qalib gəlib. Sonradan Honkonqa köçərək porno filmlərdə çəkilməyə başlayıb.

Daha sonra aktiv siyasətə qoşulub. Çinin Qansu vilayətində xalq konqresinin nümayəndəsi seçilib.

Diana çıxışlarında hər zaman vurğulayır ki, seksuallıq vətənə xidmət etməyin qarşısında sədd çəkmir. Qırx yaşlı deputat hazırda da öz fəallığı ilə diqqət çəkir. Onun konkret fəaliyyət sahəsi və bu sahə ilə bağlı irəli sürdüyü təkliflər də var. Diana Panq Çində sosial problemləri qabartmaqla seçicilərinin etimadını doğruldur. Onun fikrincə, son illər Çində kasıb zümrə ilə varlılar arasında yaşayış səviyyəsinə görə fərq artır. Bu isə yolverilməzdir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR