Cazibədar aktrisa birinci oldu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Cazibədar aktrisa birinci oldu - FOTOLAR

Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Addım" Gənclər Təşkilatının "Sağlam Həyat Yaradıcılıq Sərgisi" adlı layihəsinın mükafatlandırma mərasimi keçirilib.

Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Addım" Gənclər Təşkilatının "Sağlam Həyat Yaradıcılıq Sərgisi" adlı layihəsinın mükafatlandırma mərasimi keçirilib.

Məlumatına görə, layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması ilə bağlı dövlət proqramına əsasən həyata keçirilib. Eyni zamanda, gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi nəzərdə tutulub. "Sağlam Həyat Yaradıcılıq Sərgisi" layihəsi çərçivəsində yaradıcı gənclər festivala foto, video, musiqi, rəsm əsəri bölümündə müxtəlif yaradıcılıq işləri təqdim ediblər. Münsiflər heyətində Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyli, xalq artisti Brilliant Dadaşova, əməkdar incəsənət xaidimi Fəxriyyə Xələfova, xalq rəssamı Ağaəli İbrahimov, bəstəkar İsa Məlikov, jurnalist Ülkər Qasımova iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və "Addım” gənclər təşkilatının sədri Hüseyn Cavadzadə iştirakçılara uğurlar arzu ediblər.

Müsabiqənin nəticələrinə görə, video bölümündə gənc aktrisa və rejissor Zarina Qurbanova birincilik qazanıb. Cəkdiyi qısa metrajlı film tamaşaçılar və münsiflər heyəti tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Qeyd edək ki, gənc aktrisa Zarina Qurbanovanı tezliklə yeni serial və bədii filmlərdə görəcəyik.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm