Rəqsanənin konserti təxirə düşməyəcək
Bizi izləyin

Tabloid.az

Rəqsanənin konserti təxirə düşməyəcək

Bu gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılova solo konsert proqramı ilə çıxış edəcək. Lakin hava şəraitinin küləkli və yağışlı keçməsi konsertin təxirə düşməsi ehtimalını yaradıb.

Bu gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılova solo konsert proqramı ilə çıxış edəcək. Lakin hava şəraitinin küləkli və yağışlı keçməsi konsertin təxirə düşməsi ehtimalını yaradıb.

Müğənni özü açıqlama verib ki, konsert təxirə düşməyəcək. Səhnəyə çıxmaq üçün hazırlaşan sənətçi tamaşaçılarının “Sevgililər Günü”nə həsr edilən konsertinə gələcəklərini bildirib:

“Səhərdən yüzlərlə zəng olub. Hava şəraitindən asılı olmayaraq konsertə gələcəklərini söyləyirlər. Mən də böyük əhval-ruhiyyə ilə onların qarşısına çıxıb, mahnılarımı ifa edəcəyəm”.

Xatırladaq ki, konsertə giriş sərbəstdir. Bilet satışı olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm