İstinin qənimi içkilər
Bizi izləyin

Tabloid.az

İstinin qənimi içkilər

Yayda sərinləmək üçün bu içkilərdən istifadə etmək lazımdır

Bizi qarşıda çox isti yay günləri gözləyir. Yayın istisindən qorunmaq üçün maye qəbulunu mütləq artırmaq lazımdır. Bu zaman susuzluğu aradan qaldıran içkilər içmək daha məsləhətlidir.

Bəs bu içkilər hansılardır?

Cavabını yazımızda tapacaqsınız.

Tərəvəz şirəsi



500 qram kərəviz
250 qr kəmşirin alma
100 ml tomat şirəsi
Şəkər, duz

Əvvəlcə kərəvizi təmizləyib, dilimləyin. Daha sonra şirəsini çəkin. Alma və tomat şirəsini əlavə edib qarışdırın. Üzərinə kərəviz suyunu da əlavə edin. Zövqə görə duz, şəkər tökün. Soyuq içmək istəyənlər buz əlavə edə bilərlər.
Moxito

Безалкогольный мохито
1 ədəd yaşıl limon
5-7 yarpaq nanə
20 ml - şərbət
Qazlı su
Buz
300 ml ölçülü soyudulmuş stəkana limonun yarısını və nanə yarpaqlarını salın. Nanənin dadı çıxana kimi döyün. Şərbəti tökün və stəkanı buzla doldurun. Qarışdırın və qazlı su əlavə edin. Limon dilimi və nanə yarpaqları ilə stəkanı bəzəyin.
Mors


Bu içkini giləmeyvə və meyvə şirəsindən hazırlamaq olar.
1,5 litr su
1 stəkan giləmeyvə
0,5 stəkan şəkər

Giləmeyvələri yuyub taxta qaşıqla əzərək şirəsini çıxarın. Su əlavə edin. Süzdükdən sonra şəkər əlavə edin. İstəsəniz buz da əlavə edə bilərsiniz.

Süd kokteyli



1 stəkan süd
200 qr dondurma
2 xörək qaşığı istənilən şərbət

Dərin qaba dondurmanı və südü əlavə edərək mikserlə çalın, üzərinə şərbət əlavə edin.

Stəkana tökərək şokolad hissəcikləri ilə qaymağın üzərini bəzəyin. Süd əvəzinə kofe, şərbət əvəzinə isə təzə giləmeyvə istifadə etmək olar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm