Rəqsanə Cenifer Lopez olarsa... -FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rəqsanə Cenifer Lopez olarsa... -FOTOLAR

Ötən gün hava şəraitinin küləkli olmasına baxmayaraq, müğənni Rəqsanə İsmayılova konsert proqramının təxirə düşməyəcəyini açıqlamışdı. Onun bu cəsarətindən sonra yüzlərlə tamaşaçı Yaşıl Teatra axın edib. Sənətçi vəd etdiyi kimi hamını təəccübləndirməyi ba

Ötən gün hava şəraitinin küləkli olmasına baxmayaraq, müğənni Rəqsanə İsmayılova konsert proqramının təxirə düşməyəcəyini açıqlamışdı. Onun bu cəsarətindən sonra yüzlərlə tamaşaçı Yaşıl Teatra axın edib. Sənətçi vəd etdiyi kimi hamını təəccübləndirməyi bacarıb.

Sənətçi üçün qızı Aysunun tikdiyi libasın ətəyi o qədər uzun idi ki, səhnədə bir neçə metr hündürlüyə çıxan sənətçinin ətəyi yenə yerə dəyirdi. Digər geyimləri isə əksinə, kifayət qədər qısa tikilmişdi. Bunlardan yalnız ikisi Aysunun payına düşürdü.

Sənətçi obrazları ilə daha çox dünya ulduzu Cenifer Lopezi xatırladırdı. Rəqsanə riskə gedib, uzun saçlarını bir tərəfli qırxdırmışdı. Həmin hissədə 1 sm saç ancaq gözə dəyərdi. Müğənni geyimlərini tez-tez dəyişərək repertuarından yeni və çox eşidilən mahnılarını səsləndirdi. Bu mahnıların əksəri Türkiyədə hazırlanıb.

İyunun 30-u ölkəmizdə milli “Sevgililər Günü” kimi qeyd edilir. Müğənni konserti bu günün yaradıcıları hesab edilən İlhamla Fərizəyə həsr etdmişdi. Bu səbəbdən İlhamla Fərizənin anası səhnəyə çıxıb, səbəbkara uğurlar dilədilər, gənclərin isə sevgilərinin uzunömürlü olmasını arzu etdilər.

Aparıcılar Afaq Gəncəli və Günay Firudinqızının təqdimatında maraqlı keçən konsertin son dəqiqələri vətənpərvər notlarla yekunlaşdı. “Vağzalı” sədaları altında başlayan konsert Rəqsanə İsmayılovanın hərbi geyimdə oxudugu mahnısı ilə yekunlaşdı.

Sənətçini konsert boyu müğənnilər Ayan Babakişiyeva, Aşıq Samirə, Sevil və Sevinc bacıları, Xəyam Nissanov, Elnur Məmmədov, vizajist Nigar İbrahimova və başqaları izlədilər. Ayan xanım böyük gül çələngini sənətçiyə təqdim etdi. Digər sənətçilər də səbəbkarı gül-çiçəyə qərq etdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm