• USD 1,7475 0,00% EUR 1,8490 0,00%
    • GBP 2,1933 0,00% RUB 0,0303 0,00%

Dişləri bəyaz göstərən dodaq boyaları - FOTOLAR

Dişləri bəyaz göstərən dodaq boyaları - FOTOLAR

Qəhqəhəsiz keçən hər gün boşuna xərclənmiş gündür. Təbəssüm bizi həm gəncləşdirir, həm də həyata pozitiv gözlə baxmağa məcbur edir. Lakin diş problemləri olan qadınlar ürəkdən gülümsəməyə çəkinir. Rəng oyunu ilə dişləri olduğundan bəyaz göstərmək mümkündür.

Gözəl təbəssüm və bəmbəyaz dişlər üçün düzgün dodaq boyasını seçmək lazımdır. Tabloid.az dişləri bəyaz göstərən dodaq boyalarının siyahısını təqdim edir:

Çəhrayı: Dəri tonunda olan dodaq boyaları dişlərin sarı görünməsinə səbəb olur. Bunların yerinə çəhrayının solğun tonlarına yer verin. Şəffaf çəhrayı tonlar da dodaqları gözəl göstərməklə birlikdə gülüşünüzü qüsursuz edir.

Bənövşəyi: Parlaq və tünd çəhrayı tonlar da ağappaq gülüşün qarantiyası ola bilər.

Parlaq qırmızı: İki qat çəkildiyi zaman daha effektli nəticə əldə etmək olar. Həm də dişləriniz ağ görünəcək.

Zoğalı tonlar: Ən sevilən dodaq boyası tünd qırmızıdır. Cəlbedici və ağ dişlər üçün tünd qırmızı dodaq boyasına üstünlük verin.

Şokolad rəngləri: Şokolad rəngli pomadalar da dişləri bəyaz göstərmək üçün ideal seçimdir. Əlbəttə ki, dəri tonunu nəzərə almaq şərtilə.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR