Ramazanda sağlam qidalanma qaydaları
Bizi izləyin

Tabloid.az

Ramazanda sağlam qidalanma qaydaları

Yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsəniz, sağlamlığınızla bağlı ciddi problemlər yaşaya bilərsiniz

Ramazanda bir ay müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.
Oruc tutmağın həm də orqanizmə faydalı olduğu deyilir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Çünki insanların əksəri səhər yuxudan durmağa tənbəllik edirlər, iftarda isə həddindən çox qida qəbul qida qəbul edirlər. Bu, yolverilməzdir! Xüsusilə, Ramazan ayı yay fəslinə təsadüf etdikdə, daha diqqətli olmaq məsləhətdir. Yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsəniz, sağlamlığınızla bağlı ciddi problemlər yaşaya bilərsiniz. Buna görə də mütəxəssislər aşağıdakı şəkildə qidalanmağı məsləhət görürlər:

1. Üç dəfəyə qidalanın

Mütləq 3 dəfəlik qida norması həyata keçirilməlidir. Bunlar 2 böyük və 1 kiçik paya ayrılmalıdır. Bəziləri Ramazanda imsak yeməyini ümumiyyətlə yemirlər. Bu isə az qidalanmaya görə orqanizmin müqavimətinin azalmasına, metabolizmanın yavaşlaması üzündən çəkinin artmasına səbəb ola bilər.

2. İmsakı yüngül edin

İmsak süfrənizdə insanı daha uzun zaman tox saxladığı üçün zülal tərkibi yüksək yumurta və pendir mütləq olmalıdır. Pomidor və göy-göyərti də süfrədə yer almalıdır.
Lifli qidalar qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə məsləhət deyil. Çünki qandakı şəkəri ani surətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. Yediyiniz pendir və zeytunun duzuna da fikir verin.

3. Sürətli yeməyin

Orucu su, xurma, zeytun və şorbayla açmaq, yarım saat sonra əsas yeməyə keçmək daha düzgündür. Qısa fasilə vermək qan şəkərini yüksəldib, toxluq yaradır.
Əsas yeməkdə ət, toyuq, balıq, şorba, ətli və ya zeytun yağında bişirilmiş səbzəyə üstünlük verin.

4. Şirin qidalardan istifadə edin

Yeməkdən 1-2 saat sonra meyvə və ya şirin çörək yeyin.
Amma qəbul olunacaq şirin qidanın şərbətli, xəmirli və qızartma olmamasına diqqət edin. Xüsusilə mövsümi meyvələrindən hazırlanan qidalar daha düzgün seçim olar.

5. Lifli qidalardan istifadə edin

İftarda və ya imsakda çox yağlı, çox duzlu qidalardan çəkinin. Çünki bu qidalar gün ərzində daha çox susamanıza və su qəbul etmədiyiniz üçün də yüksək təzyiqə, şiş kimi problemlərə səbəb olur. Bunların əvəzinə mədə-bağırsaq sistemində uzun müddət qala bilən və həzmi rahat olan lifli səbzələr, o cümlədən pomidor, xurma və ya təzə meyvələr yeyin.

6.Daha çox çeynəyin

İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Səhhətiniz üçün uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələrlə yavaş-yavaş və uzun müddətə yeyin.

7. Qızartma yeməyin

Ətləri sobada və ya közdə tam bişirin. Bu şəkildə bişirilən ət daha yaxşı həzm olunur. Ətli səbzə yeməklərini bişirərkən yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin.

8.Su itkisinə diqqət

Yay aylarında tərləmə maye itkisini yüksəldir. Sudan əlavə evdə hazırlanmış az şəkərli limonad, ayran, kompot kimi içkilər faydalıdır. İftardan imsaka qədər ən azı 12-15 stəkan su için. Çay və qəhvə kimi mayelərdən çəkinin.

9. İftardan sonra gəzin

İftardan 1,5-2 saat sonra sakit templə gəzməyiniz həzmə yardımçı olar. Eyni zamanda, bu addım zəifləyən metabolizmanızı də sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm