Astrologiyada proqnoz vermək nə vaxt yarandı?
Bizi izləyin

Tabloid.az

Astrologiyada proqnoz vermək nə vaxt yarandı?

Astrologiya elmi fatalist cərəyanının tərəfdarları arasında çox məşhur idi. Ellinizm astrologiyası Klavdi Ptolomeyin əsərlərində özünün ən yüksək zirvəsinə çatır. Bu vaxta qədər klassik astrologiya sistemi artıq bitmişdi. Zodiak və dekanlar sistemi ilə bi

Herodotun yazdığına görə, yunanlar arasında ilk astroloji bilgiləri yayan insan cadugər olub. O, Yunanıstana hücum zamanı Kserksi müşayiət edib (e.ə. V əsr). Yunanların astroloji bilikləri çox sadə idi. Homer yazırdı ki, Penelopanın həyat yoldaşları gün tutulmasını Odisseyin tezliklə qaydacağına bir işarə kimi yozmuşdular. Plutarxın bildirdiyinə görə, Sparta reformaları doqquz ildə bir dəfə Aysız, şəffaf, bəyaz bir gecədə açıq bir yerə gedirdilər və səma cisimlərini müşahidə edirdilər. Əgər müşahidə zamanı ulduzun enməsi baş verərdisə, bu belə yozulurdu ki, guya Sparta hökmdarları allahlar tərəfindən lənətlənib.

Holdeyli Beross tərəfindən əsası qoyulmuş ilk astroloji məktəb Yunanıstanda yalnız e.ə. 300-cü ildə yaranışdı. Berossun məşhurluğunu sübut edən əfsanə də mövcuddur. Bu əfsanədə Afina şəhərində Berossa ucaldılan heykəl haqqında danışılır.

Astrologiya elmi fatalist cərəyanının tərəfdarları arasında çox məşhur idi. Ellinizm astrologiyası Klavdi Ptolomeyin əsərlərində özünün ən yüksək zirvəsinə çatır. Bu vaxta qədər klassik astrologiya sistemi artıq bitmişdi. Zodiak və dekanlar sistemi ilə birgə on iki hissəli sistem də istifadə olunurdu. Zodiak sistemindən fərqli olaraq, bu sistem fərd haqqında daha ətraflı məlumat verir. Bu sistemdə nəinki doğum vaxtı, həm də doğum yeri göstərilir. Astrologiyanın proqnozlaşdırma metodu da bu dövrdə yaranmışdı. Ptolomeyin planet nəzəriyyəsi imkan verir ki, planetləri müşahidə etmədən, nəzəriyyə əsasında fərdlərin qoroskopunu tərtib edək. Bundan sonra astrologiya elmində qoroskoplara aid yeni nəzər nöqtələri meydana çıxdı. Astrologiyanın Romada yayılması iki yolla gedirdi: yunanların astroloji biliklərinin öyrənilməsi və hərbi yürüşlər zamanı Şərq astrologiyasının mənimsənilməsi. Məlumdur ki, romalı alim Varron (e.ə. 116-27-ci illər) öz dostu, astroloq Firmanna tapşırmışdı ki, astroloji hesablamalar yolu ilə Romanın əsasının qoyulduğu günü konkret olaraq təyin etsin. Plini (eramızın 23-79-cu illəri) yazırdı ki, küləyin müxtəlif istiqamətləri, ulduzların və ulduz topalarının çıxması və batmasından asılıdır.

İmperator Avqust astroloqlara öz xeyir-duasını vermişdi

Siseron və Senekinin şeirlərində, Yuvenalın satiralarında astrologiyaya olan skeptik münasibətdən danışılır. Buna baxmayaraq, astrologiyanın Romadakı məşhurluğu haqqında da yazılmışdı. İmperator Avqust astroloqlara öz xeyir-duasını vermişdi. Manilinin "Astronomik oçerklər" astroloji poeması Avqusta həsr edilmişdi. Tiberi astrologiya ilə maraqlanırdı: Kaliqulanın ölümü astroloqlar tərəfindən əvvəlcədən deyilmişdi.

İmperator Klavdinin hakimiyyəti dövründə, bizim eranın 52-ci ilində Furi Skribonian adlı bir nəfər astroloqlara müraciət edərək, imperatorun nə vaxt öləcəyini soruşmuşdu. Buna görə də, Furi Skribonianı və astroloqları Romadan qovmuşdular. Neron və Otton astrologiyanı çox sevirdilər. Lakin Ottonun varisi Vitelli ölümlə hədələyərək, bütün astroloqları İtaliyadan qovmuşdu. Vespasion da astroloqları Romadan qovmuşdu. Lakin öz şəxsi astroloqlarını yanında saxlamışdı. Vespasianın oğulları - Tit və Domisian özləri astrologiya ilə məşğul olurdular. Yuvenalın altıncı satirasında yazılıb ki, Vespasianın varislərinin hakimiyyəti dövründə astrologiya elmi Romada yaşayan alimlərin də marağına səbəb olmuşdu. Romalı tarixçi Tasit öz dövrünün astroloqlarına inanmasa da, hər halda yazırdı ki, ulduzlara əsasən gələcəkdən xəbər vermək olar. Sonrakı imperatorlar Septimi Sever, Karakalla və Aleksandr Sever astrologiyaya o qədər rəğbətlə yanaşırdılar ki, hətta astroloji mədəniyyət məktəbinin açılmasına icazə vermiş və astroloqlar da imperatordan xüsusi imtiyazlar almışdı. Lakin Diokletian və ondan sonrakı imperatorlar astroloqları ölkədən qovmağa başladılar. Bundan sonra xristian kilsələrinin lənətinə gəlmiş astroloqları təqib etməyə başladılar.

Siciliyalı Firmik Maternin "Matezis" əsəri IV əsrdə yazılıb. Bu əsər antik astrologiya abidələrindən bizə gəlib çatan nadir sənət əsərlərindən biridir.

Babilistan (Mesopotamiya) astrologiyası

Bu astrologiyanı şərti olaraq beş perioda - dövrə bölmək olar:

1. Şumer və akkad dövrü (e.ə. 3200-2000-ci illər).

Əslində şumer dövründə yazılmış nə astroloji, nə də astronomik mətnlərdən heç biri bizim dövrə gəlib çıxmayıb. Hal-hazırda az miqdarda mətnlər saxlanılır ki, onlarda da bəzi ulduz və planetlərdən danışılır. Bundan başqa, şumer panteonunun bir neçə allahını səma və səma cisimləri ilə əlaqələndirirdilər. Onlar An (Səma allahı), Nannar (Ay allahı), Utu (Günəş allahı) və İohannadır (Venera planetinin ilahəsi). Bəzi salnamələrdən məlum olur ki, şumer dövründə səma allahlarına himnlər bəstələnir və hamı tərəfindən oxunurdu. Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, şumer dövründə ulduzlara sitayiş (astrolatriya) mövcud idi. Lakin bu, həmin dövrdə astrologiyanın mövcudluğu üçün kifayət deyildi. Astroloqlar iddia edirlər ki, həmin dövrdə göy cisimlərinin hərəkəti və sistematik müşahidələr haqqında bilgilər mövcud idi.

2. Qədim Babil dövrü (e.ə. 2000-1530-cu illər).

Yevfrat çayının yuxarı ətəklərində yerləşən Maru şəhərindəki mətnlər bu dövrə aid edilir. Bu mətni birmənalı şəkildə astrologiyaya aid etmək olar. Çünki həmin yazıda kahin Aksudum Ay tutulmasını müşahidə etdiyini hökmdar Zimrilima bildirib deyir ki, bu tutulma şah və onun şəhəri üçün bəla gətirəcək. Bu mətndə Günəş və Ay tsiklləri haqqında heç bir məlumat yoxdur. Həmin dövrdə tutulmalar hələ qabaqcadan deyilmirdi, sadəcə müşahidə edilirdi. Babilistan şəhərində maraqlı bir cədvəl də tapılıb. Bu cədvəldən bəzi fraqmentləri diqqətinizə çatdırırıq:

- əgər səma tünddürsə, deməli il pis keçəcək;

- əgər səma işıqlıdırsa, təzə Ay çıxarsa və bu Ay işığı şəffafdırsa, deməli, il yaxşı keçəcək;

- əgər şimal küləyi səmaya doğru əsirsə, deməli yeni Ay çıxana kimi çörək bol olacaq...

Qədim Babil astrologiyası ayrı-ayrı sadə insanların taleyi ilə maraqlanmır, yalnız ölkənin rifahı, məhsulun keyfiyyəti, şah və onun ailəsinin taleyi ilə məşğul olurdu. Bu cür səma öncəgörməsi astroloji əlamət adlanır və bu metod Mesopotamiyada düz iki min il tətbiq olunub. Şah Amma-Tsadukanın hakimiyyəti dövründə aparılmış Venera müşahidələri qeyd olunan cədvəllər də bu dövrə aid edilir. Bu mətndə 21 il ərzində Venera planetinin müşahidə olunmuş geliakik çıxması və batması qeyd olunub. "Qaruspisiya gecəsi zamanı dua" adalanan maraqlı mətn Qədim Babil dövrünə aid edilir (qaruspisiya - qurban kəsilmiş heyvanın daxili orqanları ilə falabaxma deməkdir - red.). Mətndə qeyd olunur ki, Şumer dövründə olduğu kimi, burada da Ay, Günəş, Venera və digər ulduzları Allah hesab edirdilər.

3. Kassit dövrü (e.ə. 1530-1160-cı illər).

Bu dövrdə səma öncəgörməsinin fundamental xülasəsi - Enum Anu Enilil mixi cədvəllər seriyası yaradılıb. Bu dövrə "astrolyobiyalar" da aiddir (Astrolyabiya - hər birində 3 ulduz olmaqla, 12 qrupdan ibarət dairəvi və ya düzbucaqlı formada olan saxsı diskdir - red.). Assuriyalılar onları "hər birində üç ulduz" adlandırırdılar. Bu ulduzların geliakik çıxması ayları və ayların müxtəlif hissələrini təyin edir. Bu dövrdən bizə allahların işarəsi olan məruz daşları (kudurru) gəlib çatıb. Bu işarələri ulduz işarələri ilə eyniləşdirmək də olar.

4. Son Assuriya dövrü (e.ə. 1000-612-ci illər).

Bu dövrün ən maraqlı mənbəsi Mul Apin Mixi seriyaları sayılır. Bu yazılara əsasən deyə bilərik ki, son Assuriya dövründə sistematik olaraq tutulmalar müşahidə olunur və qabaqcadan deyilirdi. Zodiak işarələrinin öyrənilməsində də artıq ilk addımlar atılmış, "Aya gedən yolda bütün ulduzlar" təyin olunmuş, il dörd fəsilə bölünmüşdü. Bu dövrün ən uğurlu hadisəsi riyazi astronomiyanın yaranması idi. Unutmaq olmaz ki, riyazi astronomiya olmadan qoroskop astrologiyasını təsəvvür etmək qeyri-mümkündür.

5. Yeni Babil, fars və selevkid dövrü (e.ə.539-100-cü illər).

Bu dövrdə Günəşin, Ayın və tutulma planetlərinin riyazi hesablanması kəşf olundu. Bu dövrdə həmçinin 12 işarədən ibarət Zodiak dairəsi yaradıldı və bu, qoroskop astrologiyasının yaranması üçün əsas yaratdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm