Badımcan kotleti
Bizi izləyin

Tabloid.az

Badımcan kotleti

Dadlı badımcan kotleti bişirmək üçün yazımızı oxuyun!

Yayda yeməklərdə ən çox istifadə etdiyimiz tərəvəzlərdən biri də badımcandır.

Tabloid.az dadlı badımcan kotletinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

400 q badımcan

40 q qoyun pendiri

60 q çörək içi

1 diş sarımsaq

Reyhan

3 x.q. zeytun yağı

1 ədəd çili istiotu

Badımcanın qabığını soyub xırda-xırda doğrayın.

Zeytun yağında çox xırda doğranmış çili istiotu ilə birgə qızılı rəng alanadək qovurun. Sonra badımcanı salfetin üstünə qoyub artıq yağın hopulmasını gözləyin.

Badımcanı çəngəllə əzin. Sarımsaq və reyhanı xırda doğrayın. Xırdalanmış çörək içi, sürtgəcdən keçirilmiş pendiri sarımsaq və reyhanla qarışdırın.

Qarışıqdan götürüb kotlet forması verin və qızğın yağda qızardın. Süfrəyə isti-isti verin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm