• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bal ilə dırnaq baxımı

Bal ilə dırnaq baxımı

Dırnaqları qoruyub gücləndirən ən yaxşı bal maskalarını sizin üçün seçdik:

Maska 1

Tərkibi:

* 1 xörək qaşığı bal
* 2 xörək qaşığı zeytunyağı

Hazırlanması:

Bir qaba 1 xörək qaşığı bal və 2 xörək qaşığı zeytunyağı əlavə edib qarışdırın. Barmaqlarınızın ucunu maskanın içində 15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə əllərinizi yuyub, nəmləndirici krem çəkin.

Maska 2

Tərkibi:

* 2 yumurtanın sarısı
* 3 qaşıq kokos yağı
* 1 qaşıq bal
* 1 qaşıq duz

Hazırlanması:

Bütün məhsulları qarışdırın. Daha sonra dırnaqlarınıza lak kimi çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə əllərinizi yuyun.

Maska 3

Tərkibi:

* 1 yumurtanın ağı
* 1 ədəd E vitamini
* 1 çay qaşığı bal

Hazırlanması:

1 yumurtanın ağını yaxşı çırpın. Üzərinə E vitamini və balı əlavə edib qarışdırın. Bu qarışımı 5 dəqiqə ərzində masaj edərək dırnaqlarınıza yedizdirin. 1 saat sonra dırnaqları yuyub badam yağı çəkin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR