Aşıqlar göbək rəqsi üstə bir-birini qırdı - QALMAQAL- VİDEO
Bizi izləyin

Tabloid.az

Aşıqlar göbək rəqsi üstə bir-birini qırdı - QALMAQAL- VİDEO

Aşıq Əli ilə Aşıq Namiq arasında qalmaqal yaşanıb.

Aşıq Əli ilə Aşıq Namiq arasında qalmaqal yaşanıb.

İki sənətçi arasında yaranan narazılığa səbəb Aşıq Namiqin oriyental rəqsi müşayiət etməsidir. Namiqin bir müddət öncə oriyental rəqqasə Aytənlə təqdim etdiyi layihə Aşıq Əlini əməlli-başlı özündən çıxarıb.

Qəzəblənən Əli “Qonaqlıq” verilişində ürəyini boşaldıb: “Saz bizim qədim milli alətimizdir. Ozan sənətini belə aşağılamaq olmaz. Sən kimsən ki, saz çalırsan, qabağında göbək rəqsi oynayırlar. Heç kim sənə bu haqqı verməyib. Mən bir aşıq kimi buna etiraz edirəm və razı olmaram ki, ozan sənətinə belə münasibət göstərilsin. Mən göbək rəqsini saza yaraşdırmıram”.

Aşıq Əlinin sözlərini qulaqardına vuran Aşıq Namiq isə öz işindədir və halından çox məmnundur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm