Qadın xasiyyətinin manikür rənginə görə təsviri
Bizi izləyin

Tabloid.az

Qadın xasiyyətinin manikür rənginə görə təsviri

Qadın xasiyyətinin manikür rənginə görə təsviri

Bəzən geyimlər bizim haqqımızda ətrafa bizdən daha çox informasiya verə bilir. Buraya ayaqqabı, seçdiyiniz rənglər, hətta manikürnüzün rəngi də daxildir. Manikür üzrə ekspertlər qadın manikürünün rəngi və onun geyim çalarları ilə birləşdirən cəhətlərini də aydınlaşdırıblar.

Taboid.az dırnaq boyalarının verdiyi mənaları təqdim edir:

Çəhrayı: Məsələn, parlaq Barbi və ya Peris Hilton stilində çəhrayı rənglər xəbər verir ki, siz cəsarətli, cah-calala təhkimlilikdən azad edilmiş və laqeyd olmayan qadın seksuallığına maliksiniz.

Sarı: Ekspertlər bu rəngi mövsümün yenilikləri ilə kombinasiya etməyi məsləhət görürlər. Məsələn, kiçik qara donla, həm də Djimmi Xendriksanın üslubunda kəsilmiş cins şortlarla və bəzəklərlə kombinasiya etmək olar.

Mərcan və narıncının çalarları: Yayda hər zaman aktual olan əsl hit rəng. Mütəxəssislərin sözlərinə görə, narıncı lak seçən qadınlar “Ya xoşbəxtdir, və ya xoşbəxt olmağı çox arzu edirlər”. Yüngül yay donu ilə narıncı rəngin manikürü qlamur və bəzəkli-düzəkli görünür, amma pedikür üçün daha zərif şaftalı çaları uyğun gələcək.

Neon yaşıl və ya mavi: Yaşıl rəngli və ya mavi lak seçən qadın canlı, söhbətcil və ünsiyyətcil olurlar. Onun şüarı: “Həyat - qısadır, vaxt itirmək lazım deyil!” Əgər belə rəngə üstünlük verən qız ofisdə işləyirsə, arxayın olmaq olar ki, o korporativ stilin əsaslarını partladacaq, amma adətən belə optimistlər fashion-sənayelərə və ya sərbəst işə üstünlük verir.

Şəffaf-ağ: Açıq-ağ ton seçən qadınlar uzun müddət dözümlü, özünə inamlı, nə istədiyini bilən tipdir. Onları öz fikirlərindən heç vaxt döndərmək mümkün deyil. Belə açıq çalarlar manikür üçün mükəmməldir, amma pedikür üçün qarabuğdayı və ya qaralmış ayaqlarınız varsa, uyğun gələcək.

Açıq-çəhrayı: Essi Vaynqarten hesab edir ki, dırnaq üçün açıq çəhrayı tonları konservatorlar seçirlər. Lakin bu rəng çox zərifdir və karyerapərəstlər üçün də əvəzolunmazdır, belə ki onlar təmkinli və zərifdir. Bir sözlə, belə çaları seçərək, özünüzə inamlı olun və axıra qədər gedin: yubka-karandaş, pencək, gecə üçün mirvari boyunbağı və ya qara kokteyl don geyinin.

Qırmızı: Bu rəngə üstünlük verənlərin xarakteristikası budur: Güc və romantikliyin vəhdəti. Belə qadın öz açıqlığını göstərmək istəyir, həmçinin ola bilər ki o aşiqdir və görüşə gedir.

Qızılı: Dəb sahəsində indiki mütəxəssislərin seçimi bu rəngdir. Belə qızlar yalnız trendləri anlamır, həm də onu əhatə edənlərə mümkün məsləhətlər verir. Belə xanımlar ola bilər ki, beauty-komplekslərdə işləyir. Ekspertlər bu rəngli manikürləri cinslərlə və qeyri-adi seksual topilərlə daşımağı məsləhət görürlər.

Tünd qırmızı və bənövşəyi: Belə rəngli manikür seçmiş qızlar hər şeydə sərhədləri keçməyə hazırdırlar. Eyni zamanda, bu vurğulanmış rəng çalarları biznes ledilər üçün də münasibdir. Bu rəngin daha tünd çalarları gecə geyimləri üçün, açıq çalarları isə gündüz üçün gözəl sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm