Ramazan ayında cinsi əlaqədə olmaq haramdır?
Bizi izləyin

Tabloid.az

Ramazan ayında cinsi əlaqədə olmaq haramdır?

Ramazan ayında intim münasibətdə olmaq olarmı?

Cinsəllikdə cəmiyyətə hakim olan şişirdilmiş ayıb, qadağan və günah anlayışları, adamın nikahlı yoldaşıyla yaşadığı normal cinsi əlaqələri belə kölgə altına ala bilir. Bunun ən gözəl nümunələrindən biri Ramazan ayında yaşanan cinsəllik müzakirələridir. Ramazan ayında cinsəllik çox səhv bir şəkildə, sanki bir cinayət, bir günah ya da çox pis bir hərəkətmiş kimi qəbul edilir. Müsəlman ölkələrində cinsəllik hələ də tabu olaraq qalır. Bu yanlış düşüncədən dolayı insanlar münasibətlərində sərhəd qoyurlar. Ancaq Ramazana ayında cinsi münasibətdə olmaq günah ya da qadağan deyil.

Ramazan ayında iftardan sonra, imsaka qədər cinsi əlaqədə olmağa icazə var. Təbii ki, oruc tutduğunuz müddətdə bu barədə danışmaq olmaz. Oruc açılandan sonra isə bunun heç bir günahı yoxdur. Çünki insan ruh və bədən sağlamlığı üçün buna ehtiyacı duyur. Bu, İslam dinində insanın ən təbii ehtiyaclarından biri kimi görülür. Adam beynini bağlayaraq duyğularına aludə ola bilər, narahatlıq, qorxu və qayğılarını bir tərəfə buraxaraq anın dadını çıxara bilər. Çünki insanın maddi və mənəvi inkişafının yanında ruh və bədən sağlamlığının qorumasında əhəmiyyətli bir yer tutan cinsəllik; İslam dini tərəfindən, insan təbiətinin ən fundamental ehtiyaclarından biri olaraq görülür. İnsanlar üçün cinsi arzu və istəklər; aclıq, susuzluq kimi təbii faktlardır. Bu səbəblə təmizlənmə və təmizləmə ayı olan Ramazanda, insanlar cinsəlliyi qadağan etmədən; könüllərini, ürəklərini və beyinlərini təmizləməlidirlər. İçlərindəki pis duyğu və düşüncələrdən xilas olaraq mənfi fikirləri bir kənara buraxmalı, cinsi həyat və partnyorları ilə əlaqədar yaxşı düşüncələrə sahib olmağa cəhd göstərməlidirlər.

Ramazan ayı ruhsal mənada təmizlənmə deməkdir. Bu ay ürəyi və beyni mənfi fikirlərdən təmizləyir. Bir növ nəfsi təmizləyib onu tərbiyə etməyə çalışır. Buna görə də, cinsəlliyi neqativ düşüncələrə qapılıb qadağan olunmuş və günah kimi qəbul etmək lazım deyil. Oruc tutduğunuz müddətdə cinsəlliyin pis, günah və qadağan olunduğuna dair fikirlər yürüdərək cinsəlliklə bağlı duyğuları basdırmağa çalışmaq beyinə əks təsir göstərir, davamlı olaraq o haqda düşünməyə vadar edir. Belə bir düşüncə ilə özünüzə təzyiq göstərməkdənsə, iftardan sonra cinsi əlaqədə ola bildiyinizi və bunun qadağan olunmadığını düşünərək fikirləri zehninizdən uzaqlaşdıra bilərsiniz. İftardan dərhal sonra cinsi əlaqədə olmaq performans düşüklüyünə səbəb ola bilər. Bu baxımdan iftardan bir neçə saat gözləmək daha yaxşı olardı. Bir müddət dincəldikdən sonra intim münasibətdə olmaq daha məqdəsəuyğundur.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gündüzləri sübhdən şama qədər olan müddətdə yaxınlıq etmək haramdır. Ramazan ayında oruclu olduqda cinsi əlaqədə olmaq imsak vaxtından iftar vaxtına qədər qadağandır. İftardan sonra isə imsak vaxtına qədər (qadın aybaşı halında deyilsə) ər-arvadın cinsi əlaqədə olmağı azaddır. Bunu bildirən Quran ayəsi aşağıdakı kimidir:

“Orucluq gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul etdi. İndi onlarla birləşə bilərsiniz. Odur ki, indi onlarla yaxınlıq edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan çəkinmək və saleh övlad kimi) şey(lər)i istəyin. (Oruc gecələri icazə verilir ki,) sübhün ağ sapı (gecənin) qara sap(ın)dan sizin üçün seçilənədək yeyin və için, sonra orucu gecəyə qədər tamamlayın.Allah sizin üçün nə yazıbsa, onu axtarın…”. (Bəqərə, 2/187) Bu ayəyi-şərifdə göründüyü kimi Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm