Bu qidalar dəriyə qüsursuz gözəllik bəxş edir
Bizi izləyin

Tabloid.az

Bu qidalar dəriyə qüsursuz gözəllik bəxş edir

Çiy qidalar dərini gözəlləşdirir

Çiy tərəvəzlərin orqanizmə çox faydaları mövcuddur. Danılmaz faktdlr ki, tərəvəzləri az bişirmək, onun qida dəyərinə və keyfiyyətinə təsir göstərdiyi üçün daha faydalıdır.

Çiy qidalanmanın insan orqanizmi üçün bir çox müsbət faydaları var.

Tablid.az “mynet.com” saytına istinadən xəbər verir ki, bütün tərəvəzlər, otlar, meyvələr, taxıllar, paxlalılar, meyvə quruları, cücərti və dəniz bitkiləri müxtəlif ferment, vitamin və minerallar baxımından çox zəngin, canlı olduqları üçün orqanizm tərəfindən asan həzm olunur. Araşdırmalarda çiy qidaların artıq çəki yaratmadığı da öz əksini tapıb. Çiy qidalanmanın bədəni rahatlaşdırıb təbii sistemin ən yaxşı şəkildə və tam məhsuldar işini dəstəklədiyi bildirilir.

Çiy qidalanmanın bədənin qida və enerji ehtiyacını qarşıladığı, dəridə gözəlləşməyə səbəb olduğu, sızanaqları aradan qaldırıb, göbələklərin azalması kimi bir çox problemləri yaradan xəstəliklərin müalicəsinə kömək etdiyi bildirilir.

Çiy meyvə və tərəvəzlər immunitet sistemini gücləndirir, həzmi yüngülləşdirir.

Artıq çəkidən xilas edir və bədənin yağlanmasının qarşısını alır. Bişmiş tərəvəzlər qida dəyərini itirir, çiy tərəvəzlərin enerji dəyəri yüksək olduğu üçün bədəni gəncləşdirir, hətta yaşlanmanı gecikdirir. Eyni zamanda, bəzi yaşlılıq əlamətlərini yox edir.

Dəridəki piqment ləkələri azalır. Piqment hüceyrələri yeniləyir, beləliklə saçlar parlaqlıq və təravət qazanır. Dəridəki qırışlar azalır. Həzm sistemini yormayan enerji dəyəri yüksək olan çiy tərəvəzlər qara ciyəri, böyrəkləri xroniki xəstəliklərin yaranmasının qarşısını alır.

Gecələr rahat yatmağa, gündüzlər isə gümrah oyanmağa kömək edir. Çiy qidalar daha tez toxluq hissi verir.

Çiy tərəvəzləri zeytun yağında az qovuraraq, üstünə alma sirkəsi əlavə edərək yeyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm