Limonun 24 faydası
Bizi izləyin

Tabloid.az

Limonun 24 faydası

Limonun 24 faydası

Min bir dərdə dərman olan limonun bir çox faydaları var.

1. Tərkibindəki turşular infeksiyalarla mübarizə aparır.
2. Ürək-damar xəstəlikləri və xərçənglə mübarizədə orqanizmi qoruyan antioksidantdır.
3. Təzyiqi aşağı salır.
4. Prostat və döş xərçəngi riskini azaldan qidadır.
5. Limon suyu dəriyə parıltı bəxş edir.
6. Suya bir neçə damcı limon suyu əlavə edib içmək həzm sistemini yaxşılaşdırır, qaraciyəri təmizləyir.
7. Saçları Günəş altında qurudulmuş və üyüdülmüş limon qabığı ilə yuduqda bədəni sərinlədir, baş ağrılarını isə azaldır.
8. Sızanaq və qara nöqtələrlə mübarizədə əla vasitədir.
9. Limon suyu saçların rəngini açır, dərini isə ağardır.
10. Limon suyu dildəki iltihabları da sağaldır.
11. Soyuqdəymədən qoruyur.
12. Sidik kisəsində olan infeksiyalara qarşı effektlidir.
13. Ağcaqanad və başqa həşəratların sancdığı yerdə ağrını azaldır.
14. Qastrit problemini yaxşılaşdırır.
15. Qliserinin içinə çox az miqdarda limon suyu əlavə edərək dəriyə çəkə bilərsiniz. Quru dərilər üçün yaxşı vasitədir.
16. Limon suyunu dəniz məhsullarının və ətin üzərinə əlavə edəndə bakteriyaları öldürür.
17. Hər səhər limonlu su içərək daha tez arıqlaya bilərsiniz.
18. Limon suyu qarqara etmək üçün də istifadə edilir. Limon suyu dişləri ağardıb, diş minasını gücləndirir.
19. Limonlu su susuzluğu aradan qaldırır.
20. Dəridəki qaşıntılarına qarşı çox effektlidir.
21. Limonlu su boğaz infeksiyalarına qarşı güclü silahdır.
22. Limon suyu kəpək və saçın yağlanmasının qarşısını alır.
23. Limon maskaları qırışları azaldır və dərini təravətləndirir.
24. Limon suyu sümük əriməsinin qarşısını alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm