Tabloid.az
Kişilər xanımlara hansı rəng saçı daha çox yaraşdırır?
Bunu qəbul etmək lazımdır ki, kişilərin çoxlu stereoitipləri var. Onlar tanımadıqları qadınlar haqqında danışmağı sevirlər, sadəcə geyiminə, yerişinə, hətta saç rənginə baxaraq onun necə insan olduğunu bildiklərini iddia edirlər.
Elə bunu nəzərə alaraq, 20-dən çox ölkədə fəailliyət göstərən tanışlıq saytı “eDarling” çox maraqlı sorğu keçirib. Sorğuya əsasən, kişilərin qadınlarda ən çox hansı saç rənginə üstünlük verdiklərini müəyyənləşdiriblər.
Tabloid.az həmin sorğunun nəticələrini təqdim edir:
Sarı:
Sarışın deyəndə ağla gələn ilk qadın Merlin Monro olur. Bəlkə də onun təsiridir ki, kişilər ən seksual qadınların məhz sarı saçlı olduqlarını düşünürlər.
Ancaq kişilərin fikirlərinə görə, sarışınlar seksual olsalar da, axmaq və sədaqətsiz olurlar.
Şabalıdı:
Ancelina Coli bu rəngi seçmiş məşhur qadınlardan biridir.
Kişilər bu rəng saçları olan qadınların sədaqətli, zarafatcıl və ağıllı olduqlarını düşünürlər.
Ancaq kişilərə görə belə qadınlar seksuallıq və cazibədən uzaqdırlar. Belə qadınlara daha çox dost gözü ilə baxırlar.
Qırmızı:
Sorğunun nəticələrinə görə, kişilər seksuallıqda sarışınlardan sonra ikinci yeri qırmızı saçlı xanımlara verirlər.
Ancaq qırmızı rəngə könül vermiş qadınları sədaqətsiz hesab etdikləri üçün onlarla qısa müddətli münasibətlərə üstünlük verirlər.
Kişilər qırmızı saçlı qadınlarla daha çox vaxt keçirmək, əylənmək məqsədi ilə yanaşır.
Qara:
Sorğunun nəticələri illərdir bilinən həqiqəti bir daha təsdiqləyib. Kişilər sarışınları sevirlər, ancaq qara saçlı xanımlarla evlənmək istəyirlər.
Penelope Kruz kimi əsmər qadınların ağıllı, sədaqətli, zarafatcı olduqlarını düşünən kişilər evlənərkən əsmərlərə üstünlük verdiklərini etiraf ediblər.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!