Heç vaxt dəbdən düşməyən ən gözəl köynəklər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Heç vaxt dəbdən düşməyən ən gözəl köynəklər - FOTOLAR

Açıq rəngli, düyməli köynəklər xüsusən işləyən xanımların qarderobunda ən çox iştifadə edilən geyimlərindən biridir. Ağ köynəklər heç vaxt dəbdən düşməyən, bütün dövrlərdə və mövsümlərdə aktual olunan klassik parçalara daxildir. Ciddi üslubun əsas element

Açıq rəngli, düyməli köynəklər xüsusən işləyən xanımların qarderobunda ən çox iştifadə edilən geyimlərindən biridir. Ağ köynəklər heç vaxt dəbdən düşməyən, bütün dövrlərdə və mövsümlərdə aktual olunan klassik parçalara daxildir. Ciddi üslubun əsas elementi hesab olunan köynəkləri müxtəlif tərzlərə uyğunlaşdırmaq olar. Bundan başqa, qadınlara ən çox yaraşan və qadınlığını ön plana çıxaran geyimdir. Qadınlar üçün bu qədər önəmli olan köynəyi geyinməyin bir neçə növü var. Kişi stilindən uzaqlaşmağın ən yaxşı variantı isə aksessuarlara yönəlməkdir.

Mavi və cırıq cinslə

Ağ köynəklə mavi cins həm rahat sintez olunur, həm də insanı yormur. Üstəlik, platforma ayaqqabılar bu stilə xüsusi gözəllik verir. İdman ayaqqabıları ilə başqa bir eleqantlıq yarada bilərsiniz. Mövsümə uyğun olan papaq da taxsanız, lap gözəl görünərsiniz.

Həcmli boyunbağı

Ağ köynəyə ən çox yaraşan aksessualardan biri həcmli və təmtəraqlı boyunbağılardır. Bu tərz boyunbağılar köynəyi daha zərif və gözəl göstərir. Bu cür boyunbağının üstünlüyü ondadır ki, onu həm yaxası açıq, həm də yaxası bağlı köynəklə taxa bilərsiniz.

Sviter və qalın köynəklərlə

Qat-qat stilə ən yaxşı nümunədir. Soyuq havalarda ağ köynəkləri yun köynək və sviterlərin altına geyinmək olar. Altına isə istədiyiniz şalvarı geyinə bilərsiniz.

Lasin və dar cinslə

Əgər ağ köynəyiniz uzundursa, dar cins və lasinlə geyinə bilərsiniz. Belinizin incələyini vurğulamaq istəsəniz, köynəyin üstündən kəmər taxa bilərsiniz.

Pencək kimi

Ağ köynəyi pencək kimi də istifadə edə bilərsiniz. Bunun üçün altdan tək rəng maykalar geyinmək daha məqsədəuyğundur. Köynəyin qollarını qatlayaraq daha zərif görünə bilərsiniz.

Paltarlarla

İpli, yaxud trapes donların altına ağ köynək geyinərək daha yaradıcı stilə imza ata bilərsiniz. Həm də dekolte hissəsini gizlətmiş olarsınız.

Bantlı

Pionerlər kimi ağ köynəyin üstünə qara ban və ya zərif şal bağlayaraq daha fərqli stilə sahib ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm