Dünyanın ən zövqlü gəlini və qayınanası - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dünyanın ən zövqlü gəlini və qayınanası - FOTOLAR

İngiltərə şahzadəsinin həyat yoldaşı Keyt Midlleton dünyanın ən dəbli xanımlarından biridir. Baxmayaraq ki, donunun ətəyinin qalxması xəbərləri ilə tez-tez gündəmə gəlir, geyimləri və özünəməxsus tərzi ilə diqqət çəkir. Keytin hər bir geyimi xüsusi zövqlə

İngiltərə şahzadəsinin həyat yoldaşı Keyt Midlleton dünyanın ən dəbli xanımlarından biridir. Baxmayaraq ki, donunun ətəyinin qalxması xəbərləri ilə tez-tez gündəmə gəlir, geyimləri və özünəməxsus tərzi ilə diqqət çəkir. Keytin hər bir geyimi xüsusi zövqlə seçilir və düşünülür. O, həmişə əsl şahzadə kimi görünür və bu adı layiqincə daşıyır. Qeyd edək ki, şahzadənin sevdiyi markalardan biri "İssa"dır. O, ziyafət və gecə geyimlərini bu markadan geyinir.

Bundan başqa, Keytin mərhum qaynanısı Diana da tərzi, incə zövqü ilə seçilən xanımlarından olub. Maraqlı məqam burasındadır ki, gəlinlə, qaynanın geyimləri arasında həddindən artıq bənzərliklər var. Hətta bəzilərinin eyni olduğunu da iddia etmək olar.

Tabloid.az İngiltərə krallığının ən dəbli xanımlarının - gəlinlə, qayınanın oxşar geyimlərinin fotolarını toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm