Dondurmanı evinizdə hazırlayın - RESEPT
Bizi izləyin

Tabloid.az

Dondurmanı evinizdə hazırlayın - RESEPT

Vanilli dondurma resepti

Yay aylarında ən çox ehtiyac duyduğumuz qidalardan biri də dondurmadır. Həm sərinləşdirici xüsusiyyəti, həm də kalorisinin az olması dondurmanı sevməyimizin əsas səbəbidir. Ancaq çox vaxt tərkibini bilmədiyimiz və hazırlanma şəraitinə bələd olmadığımız üçün dondurma yeməkdən çəkinirik. Dondurmanı evdə özünüz də hazırlaya bilərsiniz.

Tabloid.az vanilli dondurma reseptini təqdim edir:

Tərkibi:

200 qram qaymaq

2 su stəkan süd

1 su stəkan toz şəkər

3 yumurta sarısı

3 çay qaşığı vanil

Hazırlanması:

Dondurmanı hazırlamağa ilk öncə südü bişirərək başlayın. Evdə polad qazanınız varsa, südü həmin qazanda bişirin. Qazanın içərisinə südü tökün və 3 xörək qaşığı vanili əlavə edin, daha sonra yaxşıca qarışdırın. Vanili südün içərisinə qarışdıqdan sonra qazanın altını yandırın və süd qaynayana qədər qarışdıraraq qaynadın. Vanilli süd qaynamağa başladıqdan sonra qazı söndürün və 1-2 dəqiqə zəif odda qarışdırmağa ara vermədən bişirmə prosesinə davam edin.

Südü 1-2 dəqiqə zəif odda qarışdıraraq bişirdikdən sonra ocağın altını söndürün və qazanı soyumağa qoyun. Təxminən 15-20 dəqiqə soyuyan südü, kiçik süzgəcdən keçirərək dərin bir kasanın içinə boşaldın. Südün kifayət qədər soyuduğunu anlamaq üçün içərisinə barmağınızı batırın. Əgər barmağınız istiliyə dözə bilirsə, deməli süd dondurma üçün hazırdır.

Ayrı bir kasanın içinə 3 ədəd yumurtanın sarısını və 1 stəkan toz şəkəri əlavə edin, içinə 1 çay stəkanı ilıq süd tökün. Bunları mikserlə yaxşıca qarışdırın. Bir-birinə qarışdıqdan sonra qalan ilıq südü yavaş-yavaş əlavə edin. Bu mərhələdən sonra dondurmanı buxarda bişirməyə başlayacaqsınız.

Bunun üçün su dolu bir qazanın agzına dondurma olan qazanı qoyun, komponentlər zəif odda krem halını alana qədər davamlı qarışdıraraq bişirin. Bu qarışım qaynamadan çox yüngül odda bişməlidir. Ona görə də davamlı olaraq qarışdırmaq lazımdır. 15 dəqiqə qarışdıraraq bişirin.

Son olaraq mikserlə çırpdığınız süd kremini də yavaş -yavaş krem halı alan südünüzə qarışdıraraq əlavə edin. Bütün qarışıq otaq istiliyinə gələnə qədər gözləyin.

Dondurmanın üzərinin qaymaq tutmaması üçün soyuma müddətində arada qarışdırmağı unutmayın. Dondurma otaq istiliyinə gələndə dondurucuya qoyun.

Hər yarım saatda bir dondurmanı dondurucudan çıxararaq mikser ilə qarışdırın. 3 saat sonra dondurma yemək üçün hazır hala gələcək.

Nuş olsun!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm