Uğursuz sevgidən qoruyan meyvə
Bizi izləyin

Tabloid.az

Uğursuz sevgidən qoruyan meyvə

Pis gözdən, uğursuz sevgidən qoruyan meyvə

Əriyin faydalarını saymaqla bitirmək olmaz. Bu sehrli meyvənin tərkibində üzvi turşular, efir yağları və mineral duzlarla yanaşı, pektin və aşı maddələri, şəkər, kalsium, kalium və dəmir də var. Tərkibindəki maqnezium sayəsində orqanizm stresslə mübarizə aparır. A vitamini dəri xəstəliyini önləyir, bədəndən toksinlərin çıxmasına kömək edir.

Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik süfrələrimizin ləzzətli təamlarından biridir.

Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlara mütəmadi olaraq ərik yemələri məsləhət görülür.

Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur. Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmin müalicəsində istifadə edilir.

Zəifləmiş və taqətdən düşmüş xəstələrə hər gün 2 stəkan ərik şirəsi içirmək lazımdır.

Ərikdən təkcə yay mövsümündə yox, elə qışda da faydalana bilərsiniz. Çünki ərik qurusu - qayısı da eyni təsirə malikdir.

Qaysı seçimində diqqətli olmaq lazımdır, hamar və gözəl görünən qaysını almayın. Çünki belə qayısı kükürdlə emal edilir. Büzüşmüş qaysı almaq məsləhətdir.

Ərikdən ətirli kompotlar, marmeladlar, mürəbbələr, cem, piroq və içkilər hazırlamaq da olar.

Ərik həm də cavanlıq mənbəyidir.

Ərik yağı ilə hazırlanmış maskalar cildi təravətləndirir, dəridəki qırışları açır, ölmüş hüceyrələri bərpa edir.

Qədimdə Misir xanımları əriyin tumundan hazırlanmış və boyanmış amuletlər gəzdiriblər. Bunun onları pis gözdən, uğursuz sevgidən qoruduğuna inanırdılar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm