Yayın ən gözəl balerina saç düzümləri - FOTO, VİDEO
Bizi izləyin

Tabloid.az

Yayın ən gözəl balerina saç düzümləri - FOTO, VİDEO

Yayın ən gözəl balerina saç düzümləri - FOTO, VİDEO

Balerina toppuzu həmişə aktual olan saç modellərindəndir. İlin istənilən mövsümündə həm idman üslubu, həm də klassik geyimlərlə çox yaxşı uyğunlaşır. Bu saç formasından həm adi günlərdə, həm də özəl günlərdə istifadə edə bilərsiniz. Toppuz saç formasını zövqə və istəyə uyğun olaraq başın təpə, ənsə, boyuna yaxın olan hissədə müxtəlif formada yığmaq olar.

Yayda tez-tez istifadə etdiyimiz balerina saç modeli həm boyun arxasını tərləməyə qoymur, həm də saçları günəş şüalarından qoruyur. Balerina toppuzuna əlavə edilən qaşlar, broşlar, lentlər, nazik hörüklər yay saç dəbinə gözəllik bəxş edir.

Bəs balerina toppuzu necə yığılır?

1-ci addımda saçınızı yaxşı darayın. Sonra saç spreyini bütün saça tətbiq edin. Daha sonra saçları yenidən fırçalayın. Bu, saçın elektriklənməsinin qarşısını alıb saç modelinin yaxşı qalmasına kömək edəcək.

2-ci addımda saçınızı istədiyiniz yüksəklikdə at quyruğu şəklində toplayın. Saçı önə əyilərək toplayın.

3-cü addımda süngəri at quyruğuna taxın. Beləcə saçlar daha həcmli görünür.

4-cü addımda saçı dolayın. Saçı isə toppuzun diblərinə broş vasitəsi ilə sabitləyin.

5-ci addımda elektriklənən və dağılan saçınız varsa, saç spreyi ilə çıxan saçları düzəldin.

Başqa bir üsul

Əvvəlcə bir ədəd uzun corab götürürsünüz. Corab nə qədər qalın olsa, toppuzunuz da o qədər dəbdəbəli və qabarıq görünəcək. Corabı rezin hissəsindən başlayaraq qatlayın. Ayağınıza geyinib daha asanlıqla yumrulaya bilərsiniz. Ancaq arada çəkib sıxlaşdırmaq lazımdır. Saçı corabın içərisinə qoyub, yığırıq. Saç düzümü hazırdır. Bu saç modeli xüsusən də trapez geyimlərdə çiyinləri və boynu ön plana çıxararaq daha cazibədar göstərir. Toppuz modeli ilə uzun sallanan və halqa sırğalarlar taxa bilərsiniz. Gözlərə isə qalın layner çəkin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm