Kişiləri baxışlarla başdan çıxartma sənəti - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kişiləri baxışlarla başdan çıxartma sənəti - FOTOLAR

Kişiləri baxışlarla başdan çıxartma sənəti - FOTOLAR

Xoşuna gələn kişini sadəcə baxışlar ilə əldə edə biləcəyini bütün qadınlar bilməlidirlər. Baxışlarla bir-birinə təsir göstərmək əslində, təbiətimizdən gələn bir eşqbazlıqdır. Baxışlarınızla sadəcə qarşınızdakı kişini deyil, ətrafınzıda olan hər kəsə xoş təsir göstərə bilərsiniz.

Bəyəndiyiniz kişiyə xoş təsir bağışlayın. İlk olaraq onun gözlərinin içinə baxın, sonra baxışlarınızı yana əyərək gülümsəyin və başınızı başqa səmtə çevirin. Bu hərəkətə kişilərdə instinktiv olaraq sizi təqib etmə istəyi oyandırır.

Başınızı dik tutub gözlərinizi aşağıya zilləyin. Bu tərz itaətkar duruş qarşınızdakının mövzunu böyüdüb mübahisə etməsinə mane olur və sizin səhvinizi boynunuza aldığını bildirir. Buna görə də qarşınızdakı kişi mövzunu bağlayıb səhvinizi bağışlayacaq.

Rəhbəriniz kişidirsə, 30 saniyə gözlərinin içinə baxın, daha sonra baxışlarınızı yerə dikin. Rəhbəriniz qadındırsa, gözlərinizi heç çəkmədən baxmağa çalışın. Ancaq gözlərinizi bərəldərək söhbət etməyin.

Mübahisədə üstün tərəf olun. Özünüzü və fikirlərinizi müdafiə edərkən qaşlarınızı qaldıraraq qarşınızdakına baxın. Bu üsul xüsusən də siyasətçilərin mütəmadi olaraq tətbiq etdiyi bir üsuldur. Qaşları qaldırmaq gözlərə diqqət çəkdiyi üçün həmin insana inandırıcı görkəm və üstünlük verir.

Sizi əsəbiləşdirən birini susdurun! Sizi əsəbiləşdirən bir insnaın əvvəlcə alnına baxın. Daha sonra baxışlarınızı çevirin və göz kontaktını kəsin. Alına baxmaq psixoloji olaraq məsafəli olduğunuzu xüsusi bildirir və altına qırmızı xətt çəkir. Başınızı çevirərək bir növ həmin insana göz dağı vermiş olursunuz. Bu şəkildə “Səni vecimə almıram” mesajı verirsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm