Bralet dəbi nədir? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bralet dəbi nədir? - FOTOLAR

Bralet büstqalter və topikin sintezindən yaranan geyim növüdür. Yay alt paltarı kimi deyil, üst geyim kimi istifadə də olunur. Bu modelin tarixi 80-ci illərə dayanır. Son illərdə məşhur olan hündür bel şalvar və ətəklər kombinasiya edildiyi zaman şıq görk

Bralet büstqalter və topikin sintezindən yaranan geyim növüdür. Yayda alt paltarı kimi deyil, üst geyim kimi istifadə də olunur. Bu modelin tarixi 80-ci illərə dayanır. Son illərdə məşhur olan hündür bel şalvar və yubkalarla kombinasiya edildiyi zaman şıq görkəm ortaya çıxır.

Braleti köynəklərin, jaketlərin və jiletlərin, hətta bleyzerin altına geyinmək olar. Şifon köynəklərin altına üstündə dəmir detalları olan bralet də geyinmək olar.

Yay aylarında çiçək printli və cins modelləri daha çox dəbdir.

Sinəsi dəmir detalları ilə bəzədilən braletləri dəri gödəkçələrlə uyğunlaşdıra bilərsiniz.

Üstü pulcuqlu və ya dəridən tikilən braleti gecə ziyafətlərinə geyinərək şıqlıq nümayiş etdirə bilərsiniz.

Tabloid.az bralet modasına aid bir neçə nümunə seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm