• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məşhur müğənni ad günü zənglərinə cavab verə bilmədi

Məşhur müğənni ad günü zənglərinə cavab verə bilmədi

Ötən gün Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edən əməkdar artist Sevda Ələkbərzadə iki əlamətdar günü yaşayıb. Həm konsert, həm də bugünkü ad günü münasibəti ilə təbriklər alan sənətçi böyük orkestrin müşayiəti ilə klassik mahnıları öz tərzində dinləyicilərə təqdim edib.

Konsertə müğənnini tanınmış ictimai xadimlər, müğənnilər və eyni zamanda həyat yoldaşı dinləyib. Konsertdən sonra Sevda xanımın telefonuna gələn təbrik zəngləri bitməyib. Amma səhnədəki çıxışından sonra enerjisi azalan sənətçi yorğunluqdan zənglərə cavab verə bilməyib və üzrxahlığını ifadə edib.

Qeyd edək ki, bu gün sənətçi ailəsi və yaxınları ilə birlikdə yeni yaşını qeyd edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR