Oruc tutmaq barəsində 7 yanlış fikir
Bizi izləyin

Tabloid.az

Oruc tutmaq barəsində 7 yanlış fikir

Oruc tutmaq barəsində 7 yanlış fikir

Tabloid.az oruc tutmaq barəsində 7 yanlış fikri təqdim edir:

1. Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq, suya baş vurmaq olmaz.

2. Yanlışlıq: Ağız suyunu-, tüpürcəyi udmaq olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

3. Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

4. Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur.Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.

5. Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar - 2 müxtəlif vacib əməllərdir. Lakin onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

6. Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.

7. Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.

Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm