Bədənə qüvvət verən yay meyvəsi
Bizi izləyin

Tabloid.az

Bədənə qüvvət verən yay meyvəsi

Bədənə qüvvət verən yay meyvəsi

Cinsi problemləri aradan qaldıran yay giləmeyvəsi

Moruq bədəndəki toksik maddələri çölə atır, qanı təmizləyir. Bədənə dinclik verir. Bədən temperatunu yüksəldən xəstəliklərin müalicəsində istifadəsi tövsiyə olunur. Revmatizm, qansızlıq və vərəm xəstəliklərinə qarşı faydalıdır. Sidikqovucudur, qəbizliyi aradan qaldırır. Yetkinləşmiş, təzə moruqda bol miqdarda A vitamini vardır və çox faydalıdır. Toxumlarının gücləndirici təsiri vardır. Böyrək və şəkər xəstəliyi olanlara təzə olaraq yemələri tövsiyə edilir.

El arasında ağac çiyələyi kimi tanınan moruq bədənə qüvvət verən giləmeyvələrdən biridir.

Diş əti qanaması üçün bu meyvənin yarpaqlarını çeynəmək yetərlidir.

Bu giləmeyvə diş çürüməsinə qarşı mübarizə aparır və diş ətini qüvvətləndirməyə kömək edir. Bu baxımdan ağız sağlamlığı üçün təsirli giləmeyvələrdən biridir.

Moruqun yarpaqları yaralara da kömək edir. Belə ki, həmin yarpaqları toz halına gətirib, yaraların üstünə səpdikdə dərman kimi təsir göstərir.

Moruq şirəsi isə yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə kömək edir.

Yabanı halda bitən bu meyvədə şəkər, üzvi turşular, C vitamini, karotin və s. maddələr var. Qan təzyiqini nizamlayan, göz zəifliyini yaxşılaşdıran moruq, həm də cinsi ağlamlığa faydalıdır. Tərkibindəki antioksidant qan axımını sürətləndirərək cinsi gücü artırmağa kömək edir. Bir çox cinsi problemlər də qəbizlik səbəbindən yaranır.

Belə hallarda moruq suyu içmək məsləhət görülür. Bu içki qəbizliyə kömək edərək kişi potensialını artırır, cinsi istəyi və birləşmə qabiliyyətini möhkəmləndirir. Kişilərdə ereksiya keyfiyyətini artırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm