• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Gilas saplarını əsla atmayın

Gilas saplarını əsla atmayın

Yay aylarında ən çox yeyilən meyvələr arasında yer tutan gilasın faydalarını saymaqla bitmir. Meyvənin özü qədər onun sapları da çox faydalıdır.

Meyvəsini yediyiniz gilas saplarını qurudub ondan bitki çayları hazırlaya bilərsiniz. 40-50 ədəd gilas sapını 3 stəkan su ilə qarışdırıb 10 dəqiqə qaynadın. Hazırlayacağınız çay həm böyrəklərin yaxşı işləməsinə, həm də zərərli maddələrin vücudumuzdan ifrazına kömək edir. Bununla yanaşı gilas sapı maddələr mübadiləsini də sürətləndirir.

  • Maddələr mübadiləsini sürətləndirdiyi üçün vücudumuzdakı qum və daş kimi böyrək problemlərinin də qabağını alır. Bağırsaq florasını nizamlayır, qəbzliyi aradan qaldırır.
  • Sinirləri gücləndirir, sinir sistemini sakitləşdirir.
  • Qanı təmizləyir. Xolestrolu və qan şəkərini aşağı salır.
  • Həm ağrı kəsicidir, həm də temperaturu aşağı salır.
  • Üzdəki sızanaqların qarşısını alır. Dərinin parlaq görünməsinə və nəm tarazlığının sağlanmasına kömək edir.
  • Xəstəliklərə qarşı müqaviməti artırır.
  • Gilas çiçəyini qaynadıb içmək öskürəyə və qripə faydalıdır.
  • Gilas suyu dəridəki qırışların qarşısını almaqda effektlidir. Çəhrayı gilası əzərək zədələnmiş dərinizə maska edə bilərsiniz.
  • Gilas sapından hazırlanmış çay maddələr mübadiləsini sürətləndirdiyi üçün sağlıqlı şəkildə tez artıq çəkidən azad olmaq mümkündür.
Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR