Kərim qayınatasının 75 minlik hədiyyəsindən imtina etdi
Bizi izləyin

Tabloid.az

Kərim qayınatasının 75 minlik hədiyyəsindən imtina etdi

Kərim Abbasov qayınatasının ona hədiyyə etmək istədiyi bahalı avtomobildən imtina edib.

Kərim Abbasov qayınatasının ona hədiyyə etmək istədiyi bahalı avtomobildən imtina edib.

Müğənni Tabloid.az-a açıqlamasında deyib ki, qayınatası özünün idarə etdiyi 75 min manatlıq “Land Cruiser” avtomobilini ona vermək istəyib.

Amma Kərim buna razı olmayıb:

“Qayınatamla bir yerdə oturmuşuq. Dayandım, onun maşının qabağında, maşına baxdım. Dedim ki, ya rəbbim, ya rəsullullah, mənə də bu maşından yetir. Qayınatam da cavabında dedi ki, götür maşını, sənindir. Dedim ki, yox, öz əziyyətimlə bundan alacağam. Onu da deyim ki, ölürəm, “dayday” maşınları üçün”.

“Lexus Sedan” markalı avtomobil idarə edən K.Abbasov bahalı avtomobil idarə etməyin onun cibinə uyğun olmadığını da vurğulayıb:

“Öz maşınımı satsam, kreditlə gedib, həmin avtomobildən ala bilərəm. Amma ondan da vacib işlər, ailəmi dolandırmaq var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm