Elariz: “Flora ilə İlhamə məni tapdalayar”
Bizi izləyin

Tabloid.az

Elariz: “Flora ilə İlhamə məni tapdalayar”

Elariz Məmmədoğlu yerli şou-biznesdə müğənnilərə verilən titullardan danışıb.

Elariz Məmmədoğlu yerli şou-biznesdə müğənnilərə verilən titullardan danışıb.

Müğənni İlhamə Quliyevanın ifaçılara titul verməyindən danışıb:

“Adım Əhməd, Məmməd, Nadir, Hüseyn olsaydı, İlhamə xanımın ad verməsi uyğun olardı. Mənim öz adım Elariz, bir növ tituldur. Ad almaq üçün gedib, demək lazımdır ki, İlhamə xanım, filan verilişdə deyərsiz ki, filan müğənniyə titul verirəm. Düzdür, İlhamə xanımla bizim çox gözəl münasibətimiz var. Elə Flora xanımla da. Hər iki xanımın sənətinə və şəxsiyyətinə böyük hörmətim var. Onlara da demişəm ki, öz aralarında nə problemləri var, özləri bilərlər. Amma mənim hər ikisi ilə çox gözəl münasibətim var. Sülhsevərəm”.

E.Məmmədoğlu sənətçiləri barışdırmaq niyyətinin olmadığını deyib. O, bunu belə əsaslandırıb:

“Onları barışdırmaq mənlik deyil. İki əjdahanın arasına girmək olar? Onlar məni tapdalayarlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm