Kişilər niyə tez ölürlər?
Bizi izləyin

Tabloid.az

Kişilər niyə tez ölürlər?

Qadının ömrünü uzadan ən güclü silah hansıdır?

Bütün insanların arzusu ailə qurduqları həyat yoldaşları ilə ömür boyu birgə yaşamaq, birgə yaşlanmaqdır. Amma bəzə olur ki, ər arvaddan daha tez rəhmətə gedir və ya əksinə. Maraqlı olan isə odur ki, dünyadan daha tez köçən tərəf çox vaxt kişilər olur.

ABŞ-da aparılan bir araşdırmaya görə, kişilərin 70 faizi həyat yoldaşlarından öncə ölməyə üstünlük verirlər. “Həyat yoldaşınızdan öncə yoxsa sonra ölmək istəyərdiniz?” sualına qadınların 62, kişilərin 70 faizi “öncə” deyə bildirib.

Bir çox cəmiyyətlərdə qadınların orta ömrü kişilərdən təxminən 10 il daha artıqdır. Buna səbəb kimi isə adətən kişilərin ictimai həyatda yükünün çox olması, kişilərin daha stressli bir həyat yaşaması göstərilir.

2013-cü ildə dünyada orta hesabla qadınların 79,2, kişilərin isə 74,1 il yaşadıqları müəyyən edilib. Alimlər bildirirlər ki, qadınlar daha çox yaşamırlar, sadəcə kişilər tez ölürlər.

Buna səbəb isə kişilərin qadınlardan fərqli dünyagörüşə malik olub, fərqli hərəkət etmələridir.

Məsələn, kişilər avtomobili daha sürətlə idarə edir, daha tez əsəbiləşir və davaya qarışırlar.

Beləliklə, kişilər erkən yaşda ölməyə daha çox şərait yaratmış olurlar.

Bəzən kişilərin qadınların ömrünü azaltdığı iddia olunur. Guya qadınlar çox danışaraq, qısqanclıq edərək və evdə problemlər çıxararaq kişiləri stressə salırlar, ürək xəstəsi edirlər.

Ancaq araşdırmalar bunun tam əksini deyir. Aparılan araşdırmalara görə, dul yaşayan kişilərin ölüm riskinin evlilərə görə 40 faiz çoxdur.

Araşdırma 67 min insan arasında aparılıb.

Kişilər daha az sevinir, çətin inanır, az bağışlayan olurlar. Onlar qadınlardan daha aqressivdirlər. Siqaret və spirtli içkilərdən daha çox istifadə edirlər. Alimlərin fikirlərinə görə, kişilər daha çox xəstələnir, daha çətin sağalırlar, onlar əzələ və sümüklər baxımından güclü görünsələr də, əslində bəzi bioloji qüsurlarla dünyaya gəlirlər.

Kişilərdə olan testosteron hormonu ömrü qısaldır, ürək xəstəlikləri və xərçəngə yaxalanma riskini çoxaldır.

Kişilər qarın nahiyəsində yağlanmağa daha çox meyillidirlər.

Kişilərin sahib olduqları ən böyük çatışmazlıq isə onların həkimdən və müalicədən qorxmasıdır. Bəli, hər sahədə qadınlardan güclü olduqlarını iddia edən kişilər iynədən də qorxurlar. Ona görə də xəstələnəndə və ya ağrısı olanda həkimə getməmək üçün çox vaxt bunu gizlədirlər.

Bu sadaladığımız problemlərlə qadınlar da üzləşir. Yəni qadınlar da xəstələnir, stress keçirir və s. Sadəcə olaraq qadınların bütün bu problemlərə qarşı güclü bir silahları var: Ağlamaq.

Bəli, qadınlar rahatlıqla ağlayır, göz yaşlarını gizlətmir, ağlamaqdan utanmırlar.

Göz yaşının tərkibində toksiki maddələr orqanizmdən xaric olur ki, bu da qadınların stressdən asanlıqla azad olmasına səbəb olur. Kişilər isə ağlamaqdan utanır, buna qəbahətli hadisə kimi yanaşırlar. Hətta “kişi ağlamaz” kimi bir deyim də var.

Qadınlar danışmağı çox xoşlayırlar. Bütün dərdlərini, problemlərini rəfiqələrinə, tanışlarına danışır, rahatlaşırlar.

Kişilər isə hər sözü dilə gətirmir, problemlərini bölüşmür, dərtləşmirlər.

Bir sözlə kişilər erkən yaşda ölmək üçün əllərindən gələni edirlər, xəstəxanaya düşəndə isə qadınları günahlandırırlar.

Bir sözlə kişilər qadınlardan daha zəifdirlər, bəzi komplekslərindən xilas olmasalar bu belə də davam edəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm