Göbələkli qovurma - Resept
Bizi izləyin

Tabloid.az

Göbələkli qovurma - Resept

Göbələkdən hazırlanan ən dadlı yemək

Göbələkdən müxtəlif xörəklər, suplar və salatlar hazırlanır. Bu gün Tabloid.az göbələkli qovurmanın reseptini təqdim edir:

Lazım olan ərzaqlar:

250-300 qram ağ göbələk

3 xörək qaşığı zeytun yağı

1 xörək qaşığı duzsuz kərə yağı

1 qaşıq doğranmış sarımsaq

1 qaşıq doğranmış təzə kəklikotu

2 qaşıq təzə limon şirəsi

¼ fincan ağ şərab

Dəniz duzu və təzə döyülmüş qara istiot

Hazırlanması:

Tavanı qızdırandan sonra zeytun yağı tökün. Yağ qızdıqdan sonra göbələkləri əlavə edin, lakin qarışdırmayın. Təxminən 2 dəqiqə, göbələklərin alt hissəsi tündləşənə kimi qızardın. Göbələklər vaxtından əvvəl qarışdırılsa, suyu çıxacaq. Yalnız alt hissəsi qovrulandan sonra tavanı silkələməklə göbələkləri çevirmək olar. Təxminən 5 dəqiqə yüksək odda bişirdikdən sonra onların suyu çıxıbsa, süzüb yenidən tavaya əlavə edin.

Üzərinə yağ əlavə edib ara-ara qarışdırın və yaxşıca qovrulana kimi 2-3 dəqiqə daha çox bişirməyə davam edin.

Daha sonra duz, istiot və sarımsaq əlavə edin. Sarımsaq qovrulana kimi təxminən 2 dəqiqə bişirin.

Kəklikotu və limon şirəsi də əlavə edib su buxarlanadək bişirməyə davam edin. Sonra şərab əlavə edin. Bu zaman qazın dərəcəsini azaltmaq lazımdır. Göbələklər sousun içində şirələnənədək qaynadın.

Ən sonda cəfəri əlavə edin.

Bu yemək soyuq yeyilmir, boşqaba tökülüb, dərhal süfrəyə verilir.

Nuş olsun!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm