Elnarə cərimə meydançasına aparılan avtomobilindən danışdı - VİDEO
Bizi izləyin

Tabloid.az

Elnarə cərimə meydançasına aparılan avtomobilindən danışdı - VİDEO

Bir müddət öncə Elnarə Xəlilovanın idarə etdiyi “Jeep Wrangler” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılmışdı.

Bir müddət öncə Elnarə Xəlilovanın idarə etdiyi “Jeep Wrangler” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılmışdı.

Tabloid.az xəbər verir ki, müğənni bu haqda nəhayət, “ATV” telekanalında yayımlanan “Gündəlik” verilişində danışıb.

Deyib ki, əslində onun avtomobili özündədir:

“Maşın məndədir və heç bir problem yoxdur. Sadəcə, bir az səbir edin, ora adımı mən yazmamışdım, fanatlarım yazmışdı. Bir PR kampaniyasına başlamışıq. Səbir edin, səbəbini biləcəksiniz”.

Xatırladaq ki, bir müddət öncə yol polisi Elnarənin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlayaraq cərimə meydançasına aparmışdı. Buna səbəb E.Xəlilovanın şəhərin mərkəzində avtomobilin dövlət nişanı yerinə “Elnarə” adlı lövhə asması və yol hərəkəti qaydalarını pozması olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm