O, təbii gözəlliyi ilə kişiləri dəli edir – Fotolar
Bizi izləyin

Tabloid.az

O, təbii gözəlliyi ilə kişiləri dəli edir – Fotolar

Qadınlar həmişə modellərə təəssüf hissi ilə baxırlar, hətta hərdən qısqanırlar da. Çünki onlar kimi həm gözəl görünmək, həm də ideal bədən ölçülərinə sahib olmaq istəyirlər. Modellərin düzgün bədən quruluşuna, qüsursuz və sağlam dərilərinə baxıb genetik m

Qadınlar həmişə modellərə təəssüf hissi ilə baxırlar, hətta hərdən qısqanırlar da. Çünki onlar kimi həm gözəl görünmək, həm də ideal bədən ölçülərinə sahib olmaq istəyirlər. Modellərin düzgün bədən quruluşuna, qüsursuz və sağlam dərilərinə baxıb genetik miras haqqında nə qədər şanslı olduqlarını düşünürük. Düşünməyin ki, bu gözəllik onlara təbiətin bəxş etdiyi nemətdir. Modellər də gözəlliyini qorumaq üçün dəridən qabıqdan çıxırlar və özlərinə mütəmadi olaraq qulluq göstərirlər. Mənim vəzifəm isə onların gözəllik sirlərini sizin üçün bir-bir açıb-tökməkdir... Bu həftə “9 don” layihəsi çərçivəsində sizə dünyanın ən varlı və ən cazibədar modeli Jizel Bundxenin gözəllik sirlərindən danışacağam.

Jizel Bundxenin adı Ginnesin “Rekodrlar” kitabına düşüb. Onun adının bu kitaba düşməsinin səbəbi isə olduqca maraqlıdır. Belə ki, o, modellər arasında ən çox pul qazandığına görə kitaba daxil olub. O, şou dünyasının ən varlı 16-cı qadınıdır. Onun sərvəti isə nə az, nə çox 150 milyon dollardır. Jizel model olmaq istəyən gənc qızlara belə deyir: “Siz öz istedadınızdan düzgün istifadə etməyi bacarmalısınız. Hər kəsin bir bacarığı var, sadəcə onu kəşf etmək lazımdır. Model ola bilməsəniz də, peşəkar müxbir, ya da yaxşı rəqqas ola bilərsiniz. Mənim də nə vaxtsa müğənni olmaq kimi arzum var idi, amma ola bilmədim. Bunu isə özümə dərd etmirəm. Onun yerinə model oldum”. Bəs onu digər modellərdən fərqləndirən xüsusiyyəti və özəlləyi nədədir?

Jizelin valideynləri alman əsillidir. O, 1980-ci ildə Brazilyada dünyaya gəlib, həm də çox uşaqlı ailədə böyüyüb. Kiçik şəhərdə dünyaya göz açan Jizel basketbolçu olmaq istəyirdi. Özündən başqa 5 bacısı var, onlar da modelliklə məşğul olsa da, heç biri Jizel kimi məşhurlaşa və uğur əldə bilməyib. Onun əkiz bacısı Patrisiya isə reklamlarda ikinci dərəcəli rollardan o tərəfə çıxa bilmir.

Fortuna

14 yaşında Jizel dostları ilə San Pauloya gəlir. Bu səfər qızcığazın həyatını həmişəlik dəyişir. Jizel dostları ilə birlikdə “Makdonalds”da oturur. Bu zaman qızcığazı “Elite” Model Agentliyinin əməkdaşını görür. O, qıza model biznesində işləməyi təklif edir. Jizel təklifi əvvəlcə qəbul etmir. Etiraz etməsinin səbəbi isə atasının razı olmaması idi. Lakin bir müddətdən sonra qərarını dəqiqləşdirir və San-Pauloya yola düşür. Sonralar Bundxen özü də etiraf edir ki, təklifi pul qazanmaqdan ötrü qəbul etmişdi.

Jizel Bundxen 2000-ci illərdə “Victoria's Secret” dəfilələrində çıxış edərək məşhurlaşmağa başlayır. Ondan sonra bir çox markanın siması olur və dəb jurnallarını vərəqləndiyimiz zaman onun fotoları mütləq rastımıza çıxır. Demək olar ki, işləmədiyi markalar qalmayıb. Christian Dior, Dolce&Gabbana, Versace, Louis Vuitton Jizelin gözəlliyinə üstünlük verən markalardır. Bundan başqa Zara, Stefanel, C&A, H&M markalarının reklamında çəkilib. Markaların onunla işləmək istəməsinin səbəbi açıq-aydın idi. Belə ki, markalar özü də Jizelin reklamlarında çəkildikdən sonra satışlarının artdığını etiraf edirdi. O, hətta hamilə olanda da dünyanın ən çox qazanan modeli titulunu heç kimə vermir. Ana olduqdan 6 ay sonra podiuma geri qayıdır. Hamiləlikdən sonra ilk işi Sao Paulo dəb həftəsində iştirak etmək olur.

Model təkcə reklamlarda çəkilmir, filmlərdə də rol alır. 2004-cü ildə “Nyu-York taksiləri” adlı filmdə oyanayır. 2006-cı ildən ekranlara “Şeytan Prada geyir” kitabı əsasında çəkilmiş dram çıxır. Filmin ssenarisi dəb və gözəllik haqqında idi. Modelə “Çarlinin mələkləri” filmində çəkilmək dəvət edilir. Lakin Jizel həmin filmə çəkilmir. O, filmə çəkilməyə heç ehtiyac da duymur, çünki onsuz da saatda 7000 min dollar qazanır, bir ildə isə təxminən 5 milyon dollar qazanır.

8 saatlıq doğuşdan sonra dünyanı fəth edə bilərəm…

2009-cu ilin qışında model ərə gedir. Amerikalı futbolçu Tom Baradi ilə evli olan modelin 2 yaşında Benjamin adlı oğlu var. Jizel yaşadığı ən möhtəşəm anın oğlunu dünyaya gətirdiyi gün olduğunu söyləyir. Həmin dəqiqələri isə belə izah edir: “Doğuş 8 saat davam etdi, bitəndə inanma bilmirdim. Mənə sanki yarım saat kimi gəlmişdi. Özümü heç vaxt bu qədər güclü hiss etməmişdim. O an dünyanı fəth edə bilərdim! Karyeramda özümü lazım olduğu qədər təsdiqlədim, amma uşaq tərbiyə etməkdən daha çətin iş tanımıram. Özümü nə qədər yaxşı hiss etsəm, o qədər mükəmməl ana oluram. Karyeramı davam etdirəcəyəm, amma yenə də ana olmaq istəyirəm”.

2012-ci ildə modelin ikinci qız övladını dünyaya gətirir.

Modellər ana olduqdan sonra da ideal çəkidə qalır. Bəs bunun səbəbi nədir, ideal çəkilərini necə qoyurlar? “Formada qala bilməyimi oğluma borcluyam. Oğlum bir yerdə dayanmır və əlbəttə ki, mən də onun ardınca qaçmalı oluram. Bir də 10 ildir ki, yoqa ilə məşğul oluram. Bostonda yaşayanda isə kunq-fu ilə ilə məşğul olurdum”.

Kişilərin heyran olduğu sarışın ideal kişini necə təsəvvür edir? “İdeal həyat yoldaşı mənim ərim kimi olmalıdır. O, çox dürüst və həqiqətən də təmiz qəlbli insandır. Bu bir insanda ola biləcək ən yaxşı xüsusiyyətdir”.

Model dəb uğrunda özünü narahat hiss etdiyi geyimlərin geyinilməsini axmaqlıq adlandırır. Qadınlara gözəl görünmək üçün çoxlu yatmağı tövsiyə edir. Yuxunun qadını gözəlləşdiriyini araşdırmalarda da təsdiq olunduğunu söyləyir. Ağır pəhrizlərə etiraz edir. Şəkərli və unlu qidalar yerinə, meyvə və tərəvəz yeyir. Əzələlərimi gücləndirmək üçün zülallı qidalara yer verir. Çox ac qalmaq sağlamlığa zərərli olduğunu düşündüyü üçün ağır pəhrizlər saxlamır. Sadəcə hansı saatda nə yediyinə diqqət edir. Səhər yeməyində karbohidratlı, naharda ağ ət və ya balıq, axşam yeməyində isə salatlara üstünük verir. Axşam yeməyindən sonra ancaq meyvə və tərəvəz yeməyə diqqət edir. İdman isə həyatının əvəzolunmaz fəaliyyət növüdür. Formada qala bilməsi üçün hərəkət etməsi şərtdir. Lift yerinə pilləkənlərdən istifadə edir.

Hərraca çıxarılan zərgərlik əşyaları

Model uşaqları hədsiz sevdiyi üçün uşaqlarla bağlı layihələrdə həvəslə iştirak edir. Bundxen AİDS və döş xərçənginə tutulan xəstələrə dəstək olur, digər tərəfdən isə Amazon meşələrinin xilas olması üçün mübarizə aparır. Hətta orada onun adına meşə də var. Super model sosial sahələrdə aktivdir və xeyriyyəçiliklə məşğuldur. 2008-ci ildə Jizel öz zərgərlik əşyaşlarını 3,5 və 6 karatlıq brilyant üzüklərini hərraca çıxarır. Əldə edilən bütün pullar “Diamond Empowerment Fund” xeyriyyəçilik təşkilatının Afrika ölkələrinin təhsili üçün göndərilir. 2003-cü ildə isə model özünün Platin ürək kolleksiyasından olan zərgərlik nümunələrini hərraca çıxarır. Bu kolleksiyanı model “Platinum Guild International” zərgərlik evi ilə birlikdə hazırlamışdı. Buradan əldə edilən gəlir isə uşaq xəstəxanalarına göndərilir.

Bundxen ekologiya layihələri ilə də əməkdaşlıq edir. 2009-cu ildə modeli UNEP-in xoşməramlı səfiri elan edilir. Bundan sonra Jizel öz saytında və bloqunda ekoloji problemləri əhatə edən yazılara yer verir. Elə həmin il qız BMT-nin “Seal the Deal!” kompaniyasında iştirak edir. Bu Kopenhagen konfransında iqlim dəyişikliyi haqqında düzgün qərarların qəbul edilməsi üçün nəzərdə tutulmuş layihə idi. Bir ildən sonra super model üz üçün “Sejaa Pure Skincare” təbii makiyaj vasitələrinin təqdimat mərasimi keçirir. Modelin dediyinə görə, təbii kosmetik vasitələrini özü yaradıb. Ətraf mühitin xeyrinə bu qədər işlər görməyinə baxmayaraq, model neçə dəfə heyvanat aləminə zərər verib. Belə ki, 2002-ci ildə model heyvan dərisindən hazırlanmış xəz və dəri geyimlərinin reklamında çəkildiyi üçün kəskin tənqid edilir. Hətta dəfilənin baş tutmasına məşhurlar etiraz edir. Ekoloqlar da hələ bir neçə gün əvvəl modelin təmiz yanacaq mənbələrinin hazırlanmasına dair çıxışını yada salaraq dəfiləyə təyyarə ilə “çirkli”mühərrikdə gəlməsinə dair işarə vurmuşdular.

Model haqqında maraqlı məlumatlar

Jizel təkcə dizaynerərin deyil, başqa məşhurların da diqqətini çəkən gözəl olub. Leonardo di Kaprio modelin cazibədarlığından heyrətə düşür. Gənc aktyor sevgi oxlarını işə salaraq onu öz toruna salmağa çalışır. Ulduz əvvəl-axır istəyinə nail olur və Jizelin qəlbini əldə edir. Cütlük hətta nişanlanacaqlarını elan edirlər. Lakin 2001-ci ildə hansısa səbəblər üzündən ayrılırlar. Leonardoya qədər isə model həmkarı Skot Bernhil ilə, eləcə də aktyor Juşem Xarnetto ilə görüşür.

Dostları onun haqqında çox sirli biri, eyni zamanda, maraqlı və mehriban olduğunu söyləyirlər: “Jizel nadir tapılan insanlardandır. Çox əyləncəli tipdir, ağıllı insandır lakin çətin xarakteri var. Çox peşəkar modeldir, dəfilələrdə geyimlər onda əla qalır. Ekspertlər də yeni kolleksiyalarının uğurunun Bundxenin çıxışından asılı olduğunu söyləyir”.

Jizelin biləyində ulduz döyməsi var. Deyilənlərə görə o, bu ulduzu Nyu-Yorkda dua etməyə ulduz tapmadığına görə etdirib.

Bütün qadınlar sevgi və dəb şəhəri sayılan Parisi heç olmasa, bir dəfə səyahət etmək istəyərlər. Jizel isə bu şəhərin onu heyrətə gətirmədiyini söyləyir.

Bundxen şirin popkorn, konfet və dondurma dəslisidir. Şirniyyta dəlisi olmasına baxmayaraq, bədən ölçülərinə təsir etmir.

Gözəllik sirləri

“Bədənim üçün işlətdiyim kremləri diqqətlə seçirəm. Kofeinli kremlər alıram, çünki dərinin dartılmasını təmin edir. Həftədə bir gün mütləq masaj etdirirəm. Masaj məni həm sakitləşdirir, həm də rahatladır. Masajdan sonra dərim ipək kimi yumşaq olur. Makiyajı sevmirəm. Harasa tələsəndə ancaq gözümə tuş çəkirəm. Çantamdan əskik olmayan kosmetika varsa, o da tuşdur. Sevimli ətrimi almadan küçəyə addımımı atmıram”.

Jizel Bundxenin adı saçı ən çox arzulanan qadınların siyahısında var. Bəs onun təbii gözəl və həcmli saçlarının sirri nədədir?

Salona getmədiyi zaman saçlarının həcmli və dalğalı qalması üçün gecələr saçlarını nəmli halda toppuz formasında yığıb elə yatırmış. Səhər yuxudan duranda təbii dalğalı saçına parıldaması üçün azca krem çəkir.

Hər birimiz ona bir dəfə də olsun heyran qalmışıq. “Victoria's Secret” dəfilərinin əsas modellərindən biri Jizel hər dəfə diqqət çəkməyi bacarır. Bəs, yaşının irəliləməsinə baxmayaraq, belə gözəl və cazibədar qalmağı necə bacarır?

Əslində, gözəllik və cavan qalmağı bacarmaq genetika bağlı məsələdir. Amma bəzi gözəllik texnikaları ilə olduğumuzdan qat-qat gözəl görünməyi də bacara bilərik. Onun formada qala bilməsinin ən birinci qaydası səhərlər idmanla məşğul olmasıdır. Bəli, düz oxudunuz. Biz günortaya qədər yatıb qalanda Jizel idman etməyə üstünlük verir. Açıq və təmiz havada yürüş etməyə heyrandır. Yoqa və meditasiyaya da vaxt ayırır. Onların sayəsində əhvalını qaldırır. Masaj etdirməyi çox sevir. Eyni zamanda günəş vannası da qəbul etmək onun üçün vaz keçilməz fəaliyyət növüdür. Günəş vannasının onu gümrahlaşdırdığına inanır. Əlbəttə ki, günəş vannası qəbul etməzdən əvvəl yüksək faktorlu qoruyucu krem çəkir. Dərisinin belə gözəl qalmasının digər sirri çoxlu maye qəbul etməsidir. Gün ərzində həkimlərin də tövsiyə etdiyi kimi 2 litr su içir.

Siz də bunlardan birini, ya da bir neçəsini tətbiq etsəniz, qısa zaman ərzində özünüzü daha gözəl və yaxşı hiss edərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm