Homoseksual cütlüyün övladı oldu - FOTO
Bizi izləyin

Tabloid.az

Homoseksual cütlüyün övladı oldu - FOTO

Surroqat ana vasitəsilə ata olan cütlük övladlarına Milo adını qoyublar

Homoseksual BJ Barone və həyat yoldaşı Franki Nelsonun oğulları dünyaya gəlib. Surroqat ana vasitəsilə ata olan cütlük övladlarına Milo adını qoyublar.

Uşaqla ilk təmasın çox önəmli olduğunu düşünən atalar Milonu ilk dəfə qucaqlarına almadan öncə köynəklərini çıxarıblar. Dəri təmasının uşağa süd verməklə eyni hiss olduğunu bildirən homoseksual cütlüyün bu anlarını kanadalı fotoqraf Lindsey Foster lentə alıb.

Atalıq sevincini yaşayan homoseksuallar göz yaşlarını saxlaya bilməyiblər.

Fotoqraf çəkdiyi fotoları "Facebook" sosial şəbəkəsində paylaşıb. Şəkillərə gələn yaxşı və ya pis şərh yazan hər kəsə hörmət etdiklərini deyən cütlük oğullarını ən yaxşı şəkildə böyüdəcəklərini bildiriblər:

"Bu fotolar saf sevgi anında çəkilib. Milonu sevirik. O bir çox fərqli ailə forması olduğunu və insanları olduqları kimi qəbul etməyi bilərək böyüyəcək”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm