• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tağı İbrahimovun qızının möhtəşəm kolleksiyası - Fotolar

Tağı İbrahimovun qızının möhtəşəm kolleksiyası - Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin eks -prezidenti Tağı İbrahimovun qızı, “Magura” moda evinin gənc, ambisiyalı və istedadlı modelyeri Gülşən İbrahimovanın Magura brendi Dubayda keçirilən möhtəşəm nümayişlə uğur qazanıb.

Gülşən etiraf edir ki, bu kolleksiyada o, boyaların çılğınlığını və vəhdətini göstərmək istəyib. Podiumda bütün rənglərdə olan parlaq parçalar bir-birini əvəzləyib. Gecə geyimlərinin gözəl siluetləri sizin gözəlliyinizi və zərifliyinizi vurğulamaqla yanaşı, istənilən gecənin kraliçası edəcək. Qeyd edək ki, kolleksiyada hər bir geyim əl işidir və Swarovski daşları ilə bəzədilir. Klassik stili sevənlər üçün kolleksiyada biçimi və maraqlı detalları olan lakonik uzun geyimlər də var.

Tabloid.az buro247.az saytına istinadən həmin kolleksiyadan fotoları təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR