Üz dərisində möcüzələr yaradan qidalar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Üz dərisində möcüzələr yaradan qidalar - FOTOLAR

Üz dərisində möcüzələr yaradan qidalar - FOTOLAR

Dəri insanın ən qiymətli geyimidir. Dərinin gözəl qalması üçün qadınlar əlindən gələni edirlər. Bahalı kremlərə ətək-ətək pul xərcləyirlər. Halbuki, dəri gözəlliyini təbii qidalarla qorumaq daha asan, əlverişli və ucuz başa gələndir. Tabloid.az Türkiyə mətbuatına istinadən dəridə möcüzələr yaradan 10 məhsulu təqdim edir.

1. Kətan toxumu: Omega-3 mənbəyi olan kətan toxumu yaşlanmanı ləngidir. Hər gün istifadə edərək dəridəki qızartıları aradan qaldıra, təravətli dəriyə sahib ola bilərsiniz.

2. Bənövşəyi meyvələr: Bu rənglərdəki meyvələr dəri üçün ən faydalı məhsullar arasındadır. Bu siyahıya böyürtkən, qara tut, gavalı başda olmaqla bəzi məhsulları aid etmək olar. Antioksidantlarla bol meyvələr dərinin gənc görünməsinə kömək edir.

3. Günəbaxan: E vitamini ilə zəngindir. Günəşin zərərli işıqlarından dərini qoruyur. Duzsuz və çox emal olunmamışlara üstünlük vermək məsləhətdir.

4. Şokolad: Gün ərzində bir qədər qara şokolad qəbul etmək faydalıdır. Bəziləri şokoladın qara nöqtələrə səbəb olduğunu iddia etsələr də, bu, düz deyil. Əksinə, şokolad dərini gözəlləşdirir.

5. Boranı: Şirin kartof A və C vitamini ilə zəngindir. Bu vitaminlər dərinin gözəlliyi üçün vacibdir. C vitamini dərinin elastikliyini qoruyur, A isə sərbəst radikallarla qarşı mübarizə aparır.

6. Pomidor: Likopenlə zəngin olan pomidor dərini qoruyur və rəng dəyişikliyinə mane olur.

7. Qatıq: Qatığın içində dərini möhkəmləndirən zülallar var. Qırışlara qarşı təsirlidir.

8. Qırmızı bibər: 1 ədət qırmızı bibər günlük C vitamini tələbatını tamamilə qarşılayır. Bibər B 6 vitamini ilə zəngindir. Bibər qan dövranını tənzimləyir, dərini canlı göstərir.

9. Somon: D vitaminlə bol olan somon balığı sümüklər, ürək və beyinlə yanaşı, dəri üçün də faydalıdır.

10. İspanaq: İspanaq çox effektli göyərtidir. A, C və E vitamini olan ispanaq dəri problemlərinə faydalıdır. Hər gün qəbul edəndə dəri daxildən təmizlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm