Nadirin gizli şəkilləri üzə çıxdı - FOTO
Bizi izləyin

Tabloid.az

Nadirin gizli şəkilləri üzə çıxdı - FOTO

Nadir Qafarzadə heç yerdə yayımlanmayan şəkillərini paylaşıb.

Nadir Qafarzadə heç yerdə yayımlanmayan şəkillərini paylaşıb.

Tabloid.az xəbər verir ki, müğənni illərdir mətbuata göstərmədiyi, yaxınlarının, ailəsinin şəkillərini sosial şəbəkədəki səhifəsində yerləşdirib.

O, 1983-cu ildə Azərbaycan Dövlət Televiziyasında “Qırmızı qərənfil” ansamblında çıxış etdiyi, 1992-ci ildə xanımı Sevinclə nişanlı olduğu vaxtların şəkillərini və atası Əziz və anası Nazxanımın fotosunu paylaşaraq təəssüratını bölüşüb:

“Keçmişi yada salanda acılı, kədərli, bəzən də xoş günlərim yada düşür. Anamı-atamı xatırlayanda çox kədərlənirəm, çox pis oluram. Xüsusən də anamı düşünəndə göz yaşlarıma saxlaya bilmirəm”.

Qeyd edək ki, sabah N.Qafarzadə Yaşıl Teatrda həyat yoldaşına həsr olunan “Həyatımsan ömrüm qədər” adlı solo konsert verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm