Üzgüçülük yaşlanmanı ləngidir
Bizi izləyin

Tabloid.az

Üzgüçülük yaşlanmanı ləngidir

Üzgüçülük ən əyləncəli və ən məhsuldar idman növlərindən biridir. Ürək və damar sisteminə bir çox faydası olan üzgüçülük, eyni zamanda cavan qalmaq üçün ən yaxşı idman hesab olunur. Tabloid.az yay mövsümünün əyləncəli idmanı olan üzgüçülüyün faydalarını t

Üzgüçülük ən əyləncəli və ən məhsuldar idman növlərindən biridir. Ürək və damar sisteminə bir çox faydası olan üzgüçülük, eyni zamanda cavan qalmaq üçün ən yaxşı idman hesab olunur. Tabloid.az yay mövsümünün əyləncəli idmanı olan üzgüçülüyün faydalarını təqdim edir:

Bu idman növünün ana olmağa hazırlaşan qadınlar və ya ana olduqdan sonra fiziki vəziyyətindən məmnun olmayan qadınlar üçün əvəzsiz rolu var. Üzgüçülük doğuşdan sonra tez və sağlam şəkildə arıqlmağa kömək edir. Daha sonra uşaqlarının da sağlam bir şəkildə yetişməsini təmin edə biləcəyi qiymətli bir idman növüdür.

Üzgüçülük bədənin az qala bütün əzələlərinin, hətta bütün skelet quruluşunun hərəkət etməsində rol oynayır. Bunun sayəsində bədənin bütün orqanlarında qan daha sürətli dövr edir. Sağlam bədən quruluşunun sirri qan dövranının sürətli olması və orqanizmin bol oksigen ilə təmin edilməsidir. Bunu nəzərə alaraq üzgüçülüyün sağlamlığımız üçün necə faydalı olduğunu və bir çox xəstəliklərdən qorunmaq üçün yaxşı bir vasitə olduğunu qeyd edə bilərik.

Təbii ki qan dövranının sürətlənməsi və qanın artması yalnız əzələlərə deyil, eyni zamanda, beynə də təsir etməkdədir. Tənəffüsün nizamlı, sıx və məhsuldar hala gəlməsi həm böyüklərin və yeniyetmələrin, həm də uşaqların zehni fəaliyyətinə böyük təsir göstərir. Övladınızın davamlı olaraq hərəkətsiz qalması, beyin fəaliyyətinin də yavaş və oksigensiz qalmasına səbəb olar. Bunün üçün ana və uşaqların həyatında üzgüçülüyün nə qədər əhəmiyyətli olduğunu unutmaq olmaz.

Üzəndə hərəkət edən əzələlər daha çox enerji istehlak edir. Bu isə yağların əriməsinə, yaxud daha az yığılmasına səbəb olur. Beləliklə bədəndə artıq yağlayarın yığılması və ya şəkər xəstəliyinə səbəb olan bəzi problemlərin aradan qaldırılmasına kömək edir.

Tənəffüs çətinlikləri yaşayanlar, astma, nəfəs çatışmazlığı ilə mübarizə aparanlar üzgüçülüklə məşğul olaraq səhhətlərində böyük bir irəliləyişə nail ola bilərlər. Çünki havasız salonlarda edilən, üstəlik bütün əzələləri işlətməyən fəaliyyətlər yerinə üzgüçülüklə məşğul olmaq daha faydalıdır. Bu zaman oksigen baxımından əziyyət çəkməz, daha dərin və sürətli nəfəs almanıza köməkçi olarsınız.

Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ən təsirli idman növü üzgüçülükdür. Eyni zamanda, bədən oynaqlarınızı işlətdiyi üçün zamanla daha da elastiklik qazanaraq oynaq və sümük çıxıqları, qırılmaları kimi problemlərlə qarşılaşmamanıza kömək olar.

Özünüzü qəmgin hiss edən zaman hovuza və ya dənizə girdikdən sonra əhlanızın yüksəldiyini müşahidə edəcəksiniz. Üzgüçülük də rəqs kimi depressiya və stressi üzərinizdən bir müddət də olsa atır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm