Ərikli maskalar
Bizi izləyin

Tabloid.az

Ərikli maskalar

Ərik gözəllik və cavanlıq mənbəyidir. Ərik cildi təravətləndirir, dəridəki qırışları açır, ölmüş hüceyrələri bərpa edir. Ona görə də bu möcüzəli meyvədən hazırlanan ən effektli maskaları sizin üçün araşdırdıq.

Bu maskaları istifadə etsəniz, dərinizdəki müsbət dəyişiklikləri 1 həftəyə müşahidə edəcəksiniz.

Hər növ dəri üçün maska

5 ədəd ərik götürün, şirəsini çıxarıb 50 qram südlə qarışdırın. Göz və burun üçün dəliklər açılmış tənzif məhlula batırın, ancaq tənzifi çox sıxmayın. Üz dərinizə yapışdırıb 20 dəqiqə saxlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Nəmləndirici krem çəkin.

Yağlı dərilər üçün

3 ədəd tumu çıxarılmış və doğranılmış əriyin üzərinə 2 çay qaşığı nişasta əlavə edib blenderdən keçirin. Üz və boyun hissəsinə çəkib 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm